ONKOLOJİ XƏSTƏLƏR ORUC TUTA BİLƏRMİ? - - GÜNAY ƏHMƏDOVA yazır..

ONKOLOJİ XƏSTƏLƏR ORUC TUTA BİLƏRMİ? - GÜNAY ƏHMƏDOVA yazır..

Müqəddəs Ramazan ayını yaşayırıq. Bütün müsəlman aləmində olduğu kimi, Azərbaycanda da orucluq başlayıb və insanlar oruc tuturlar. Bəs, kimlər oruc tuta bilməz? Onkoloji xəstələr oruc tuta bilərmi? Bu yazımızdan məqsəd hər Ramazanda aktual olan həmin suallara aydınlıq gətirməkdir.
Dini məqsədlə, yaxud orqanizmi toksik maddələrdən təmizləmək üçün (detoks) bir gündən başlayaraq bir aya qədər müddətdə günün müəyyən vaxtlarında heç nə yeyib-içməmək insanlığa məlum olan köhnə ayindir. Müxtəlif zamanlarda və müxtəlif yerlərdə elə bu fikirdən yola çıxaraq, onkoloji xəstəlikləri ac qalmaq yolu ilə müalicə etmək fikrinə düşənlər də olub. Son dərəcə amansız və qəliz xəstəlik olan xərçəngin qarşısını almaq, bu yolla onu müalicə etmək isə müşkül məsələdir. Çünki orqanizmi qida maddələrindən məhrum etməklə xərçəng hüceyrələrinin qidalanmasının və inkişafının qarşını almaq təcrübəsi indiyə qədər özünü doğrultmayıb.
Əlbəttə, məsələnin mənəvi tərəfi də var. Xəstənin inamını artırmaqla düçar olduğu xəstəliyə və o xəstəliyin yaratdığı problemlərə qarşı mübarizə əzmini də artırmaq olur. Amma müasir tibbdə xərçəngin müalicəsinə uzunmüddətli aclığın köməyini isbatlayan dəlil hələ ki əlimizdə yoxdur. Çünki xərçəng hüceyrəsi özünə lazım olan maddələri orqanizmdən təmin etməyi bacarır və bu, həmin xəstəni daha da zəiflədir. Hətta aclıq və susuzluq əsnasında orqanizmdə meydana gələn bəzi dəyişikliklər xərçəng xəstəsinə ciddi təhlükə yarada bilər. Bir sözlə, ciddi xəstəliyi olanların, xüsusilə xərçəng xəstələrinin müalicə aldıqları dövrdə zəifləmiş orqanizmlərini orucla daha da zəiflətməsi düzgün yanaşma deyil.
Oruc tutarkən qidalanma və yuxu rejimində baş verən dəyişikliklərlə əlaqədar orqanizmin balansı pozulur. Buna tibbdə homeostaz deyilir. Ona görə də yenicə cərrahiyə əməliyyatı olunmuş, aktiv kimyəvi dərman müalicəsi (kimyaterapiya) alan, yaxud şüa müalicəsi (radioterapiya) qəbul edən xəstələrə oruc tutmaq tövsiyə edilmir! Çünki həmin müalicələrin təsirindən xəstədə ürəkbulanma, qusma, halsızlıq, iştahsızlıq, ağrı, ishal, yaxud qəbzlik kimi hallar meydana gəlir. Nəticədə xəstənin kalori qəbulunda azalma baş verir. Bütün bunlarla yanaşı üstəlik də oruc tutanda xəstə lap zəifləyir, müqavimət qabiliyyəti azalır.
Onu da unutmayaq ki, müalicə müddətində xəstəyə bir çox yöndən təsir edən dərmanlar orqanizmdən qaraciyər və böyrəklər vasitəsilə xaric olunur. Əgər xəstə su içməsə həmin o kimyəvi dərmanların parçalanması nəticəsində əmələ gələn maddələr orqanizmdə qalır və qovula bilmir. Həmçinin xərçəngin özü bir çox xəstələrdə qanın qatılaşmasına meyl yaradır. Oruc tutan zaman maye itkisi ilə əlaqədar olaraq qanda laxtalanma daha da artaraq ag ciyərin tromemboliyası kimi ağır nəticələr yarada bilər. Ona görə də kimyaterapiya alan xəstələr həm müalicənin davam etdiyi müddətdə, həm də müalicənin yan təsirlərindən qorunmaq üçün maye və qida qəbuluna ciddi diqqət yetirməlidirlər. Sağalma prosesində qidalanma vacib əhəmiyyət daşıyır.
Məsələyə dini nöqteyi-nəzərdən yanaşdıqda görürük ki, islam dini özü də buna yol vermir, yəni xəstə insanların oruc tutmasını məqbul saymır. İslamda ağır xəstəliyi olanların, səyahət edənlərin, menstrual dövrdə olan və ya uşaq əmizdirən qadınların, azyaşlı uşaqların oruc tutması düzgün sayılmır.
Oruc tutmağa çox istəkli olan xəstələr, yadda saxlayın ki, ümumi vəziyyətiniz yaxşıdırsa, müalicəniz tamamlanıbsa oruca başlamazdan əvvəl həkiminizlə məsləhətləşib onun razılığını alandan sonra, ancaq və ancaq həkim nəzarəti altında oruc tuta bilərsiniz. Kor-koranə oruc tutaraq sağlamlığınızdan olmayın.
 

 

GÜNAY ƏHMƏDOVA
cərrah-onkoloq,
tibb üzrə fəlsəfə doktoru,
ATU-nun Onkoloji Klinikası

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 


 

***************************************************************************
 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V   İ   D   E   O    +    F   O   T   O    
ç  ə  k  i  l  i  ş
-lərini
aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !