Özbəkistan Dövlət Konservatoriyasında ulu öndər Heydər Əliyevə həsr olunmuş möhtəşəm konsert keçiriləcəkdir - (+FOTO)

Özbəkistan Dövlət Konservatoriyasında ulu öndər Heydər Əliyevə həsr olunmuş möhtəşəm konsert keçiriləcəkdir (+FOTO)

 AZpress.AZ xəbər verir ki, cari il 21 may tarixində Özbəkistan Dövlət Konservatoriyasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Ayrılarmı könül candan-Azərbaycan!” adlı möhtəşəm konsert proqramı keçiriləcəkdir.

Azərbaycanın Özbəkistandakı Səfirliyi, Səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən konsertdə Azərbaycan Respublikasının xalq artisti Gülnaz İsmayılova, əməkdar artistlər Anar Şuşalı, beynəlxalq müsabiqələr laureatları Ərəstun Quliyev klassik Azərbaycan musiqilərini ifa edəcəklər. Tanınmış musiqiçilər, əməkdar artistlər İslam Manafov, Turan Manafzadə, beynəlxalq müsabiqələr laureatları Fəqan Həsənli, Abuzər Manafzadə fortepianoda milli musiqilərimizi ifa edəcəklər. Konsert proqramının repertuarında dünya şöhrətli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyovun “Sənsiz”, “Cəngi”, Fikrət Əmirovun “Azərbaycan elləri”, Rauf Hacıyevin “Azərbaycan”, Muslim Magomaev. “Ey əziz anam, Azərbaycan!, Asəf Zeynallının «Ölkəm”, Tofiq Quliyevin “Qızıl üzük”, “Sənə də qalmaz”, Abuzər Manafzadənin “Xocalıya” və başqa əsərlər yer alıb.

Tədbirdə dövlət və hökümət nümayəndələri, Özbəkistanda akreditə olunmuş xarici ölkələrin səfirləri, diplomatları, ictimaiyyət nümayəndələri, mədəniyyət, incəsənət xadimləri, yerli azərbaycanlılar, jurnalistlər iştirak edəcəklər.

Qeyd edək ki, tədbir Özbəkistan televiziyaları tərəfindən işıqlandırılacaq, konsertdə ifa olunacaq Azərbaycan klassik əsərlərinin bütün nömrələri təbliğat məqsədi ilə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Youtube.com” kanalında yerləşdiriləcəkdir.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                                     

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !