Lənkəran teatrında iranlı rejissorun quruluş verdiyi tamaşanın premyerası olub - + FOTOLAR (AZpress.AZ B.Ağaddin)

Lənkəran teatrında iranlı rejissorun quruluş verdiyi tamaşanın premyerası olub + FOTOLAR (AZpress.AZ – B.Ağaddin)

https://www.facebook.com/groups/232461030668048/ 

 

Mayın 14-də Lənkəran Dövlət Dram Teatrında iranlı dramaturq Bəhram Beyzayini “Senemar” faciəsi əsasında hazırlanmış tamaşanın premyerası olub. AZpress.AZ xəbər verir ki, tamaşanın baş qəhrəmanı Senemar dünyaca məşhur memardır. Həm zalımlığı, həm də xeyirxahlığı ilə ad çıxaran Nöman adında ərəb sultanı öz əyalətində tayı-bərabəri heç yerdə olmayan böyük bir saray tikdirmək arzusuna düşür. Bu məqsədlə o, Senemarı ölkəsinə dəvət edər. Senemar hər kəsi təəccübləndirəcək belə bir saray tikəcəyini sultana söz verir. Nömanın ətrafındakı adamlar isə Senemarın adının heç yerdə çəkilməməsi məqsədilə onun qılığına girib memarı sultanın gözündən salmağa səy göstərirlər. Nöman şah belə bir sarayın təkrarı olmasın deyə Senemarın qətlinə fərman verir, son nəticədə memarı tikdiyi sarayın üstündən yerə atdırır. Lakin hadisələrin sonrakı inkişafında tamaşaçı Senemarın qanının yerdə qalmayacağına əmin olur…
Anşlaqla keçən və tamaşaçılar tərəfindən maraqla qarşılanan səhnə əsərində rolları Xalq artisti Qabil Quliyev, Əməkdar artist Sucəddin Mirzəyev, artistlərdən Səyad Əliyev, Aynur Əhmədova, Emin Fərzullayev, Rauf Zeynalov və Amil İbrahimli ifa ediblər.
İranlı rejissor Qərib Mənuçehrinin quruluş verdiyi bu tamaşanın səhnə tərubatçısı rəssam Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.
Qeyd edək ki, bundan əvvəl də - 2015-ci ilin dekabrında iranlı yazıçı Bəhram Beyzayinin “İlan Sultan” əsəri iranlı rejissor Xeyrullah Təğiyanipurun quruluşunda Lənkəran səhnəsində tamaşaya qoyulub. Həmin tamaşa ilə teatr müxrəlif sənət yarışmalarında, o cümlədən İranda keçiriləcn beynəlxalq Fəcr festivalında çıxış edib.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )