AzTU-nun yeni prorektoru kolektivə təqdim olunub -

AzTU-nun yeni prorektoru kolektivə təqdim olunub

https://www.facebook.com/groups/250993438794052/ 

 

Azərbaycan Respublikası Təhsil nazirinin əmri ilə Elton Məmmədov Azərbaycan
Texniki Universitetində (AzTU) Strateji inkişaf üzrə prorektor təyin edilib.
AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov universitetdə yeni təsis edilən
Strateji inkişaf üzrə prorektor vəzifəsinə təyin olunan Elton Məmmədovu
kollektivə təqdim edib.
Məlumat üçün bildirək ki, Məmmədov Elton Arzuman oğlu 1954-cü ildə Ucar
rayonununda anadan olub. 2007-ci ildə “Maye yanacaqların istilik-fiziki xassələri”
mövzusunda namizədlik dissertasiyası müdafiə edərək texnika üzrə fəlsəfə doktoru
elmi dərəcəsi, 2013-cü ildə “Neft sənayesinin ekoloji və texniki problemlərinin
nanotexnoloji aspektləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək
texnika elmləri doktoru alimlik dərəcəsi alıb.
Elton Məmmədov 2007-ci ildən AzTU-nun “Neft sənayesinin texnoloji, ekoloji
problemləri və nanokompozitlərin tədqiqi və tətbiqi” elmi-tədqiqat
laboratoriyasının rəhbəri kimi yerli və beynəlxalq əhəmiyyətli layihələrin müəllifi
olub və bu layihələrə rəhbərlik edib. Laboratoriyada Azərbaycanın müxtəlif
regionlarından götürülmüş neft məhsullarının və lay sularının intensiv analizi və
tədqiqi aparılır.
Professor Elton Məmmədovun araşdırmaları ARDNŞ ilə laboratoriya arsında
qurulan əməkdaşlığa əsasən Neft məhsullarının reoloci xassələrinə metal
nanohissəciklərin (MNH) təsirinin tədqiqi ilə bağlı «Bibiheybətneft»-də geniş
tədqiqatlar aparılıb, neft sənayesi üçün mühüm əhəmiyyət kəsb edən səmərəli
nəticələr əldə olunub.
Alimin neftin nəqlini asanlaşdıran reagentlərin deemulsasiya prosesinə təsirinin
tədqiqi ilə bağlı araşdırmaları beynəlxalq şirkətlər tərəfindən böyük maraqla
izlənilir.
Professor Elton Məmmədov AzTU-da pedaqoji fəaliyyəti dövründə universitetin
strateji inkişafında, beynəlxalq əməkdaşlıqların qurulmasında, elmi potensialın
yüksəldilməsində və xüsusi ilə sənaye müəsissələri ilə AzTU arasında əlaqələrin
yaradılmasında yaxından iştirak edib.
Alimin MDB ölkələri, Avropa və Türkiyə alimləri, ali təhsil müəsissələri və elmi
tədqiqat insititutları ilə mövcud olan əlaqələri onun xarici təcrübəni yaxından
öyrənməsinə, Azərbaycan ali təhsil siteminin inkişaf etdirilməsinə böyük töhfələr
verib. Elton Məmmədovun məzunu və fəxri professor olduğu Tomsk Arxitektura
və İnşaat Mühəndisliyi Universitetində bu ilin mart ayında keçirilən beynəlxalq
konfransda alimin elmi məruzəsi dinlənilib və “Vesti” jurnalında çap olunub.
Məruzə Rusiya və Belarus alimləri üçün yeni elmi tədqiqat istiqaməti kimi qəbul
olunaraq, bu yöndə elmi araşdırmalara start verilib.
Alimin pedaqoji fəaliyyətinə gəlincə isə, Elton Məmmədov təcrübəyönümlü tədris
metodikasının tərəfdarı kimi tanınıb. Beləki, mühəndisin zavod və müəssisələrdə
yetişməli olduğu fikrini müdafiə edən Elton Məmmədov şəxsi əlaqələr vasitəsi ilə
dərslərin istehsalat müəssisələrində tədrisini təşkil etmiş və minlərlə gəncin yüksək
ixtisaslı mühəndis kadr kimi yetişməsində birbaşa iştirak etmişdi.
Hazırda AzTU-nun “Neft sənayesinin texnoloji, ekoloji problemləri və
nanokompozitlərin tədqiqi və tətbiqi” elmi-tədqiqat laboratoriyasının rəhbəri və
“Avtomobil daşımaları və yol hərəkətinin təşkili” kafedrasının professor olan Elton
Məmmədov 56 elmi əsərin, 3 monoqrafiyanın, 1 ixtiranın, eləcə də ali məktəblər
üçün 2 dərsliyin müəllifidir.
Doğma Azərbaycan dilindən başqa rus, ingilis dilərini mükəmməl bilən professor
Elton Məmmədov 3 çağırış Azərbaycan Respublikası Milli Məclisinə deputat
seçilib.
Ailəlidir, iki övladı var.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )