Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin Bahar ilmələri sərgisi keçirilib - +FOTOLAR ( AZpress.AZ - İ.Rüstəm)

Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin “Bahar ilmələri” sərgisi keçirilib +FOTOLAR ( AZpress.AZ - İ.Rüstəm)

“ARIF AZIZ ART HOUSE” sənət evində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rəssamlıq fakültəsinin dekorativ-tətbiqi sənət ixtisası üzrə təhsil alan tələbələrinin “Bahar ilmələri” adlı kollektiv sərgisi keçirilib.

ADMİU-dan AZpress.AZ-a verilən məlumata görə, sərgidə tələbələrin bədii xalça və bədii toxuculuq ixtisaslaşmaları üzrə ənənəvi və innovativ yanaşmaları özündə ehtiva edən xalça, qobelen, art-protis (hörülməyən qobelen), batika, çətən nümunələri nümayiş olunub.

Mərasimdə ADMİU-nun rektoru, professor Ceyran Mahmudova, tədris işləri üzrə prorektor, professor Validə Məmmədova, rəssamlıq fakültəsinin dekanı, dosent Sevil Kərimova, Xalq rəssamı Arif Əziz, Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova, Konfutsi İnstitutunun Çin tərəfindən direktoru xanım Li Jihua tələbələri təbrik edib, onlara yaradıcılıq işlərində uğurlar arzulayıblar.

Tədbirdə, həmçinin sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevil Kərimovanın müasir mərhələdə dekorativ sənətin yeri və rolu, onun bədii, estetik, iqtisadı aspektləri, yeni texniki vasitələri və tətbiq sahələrinə dair geniş məlumatları özündə ehtiva edən “Dekorativ-tətbiqi sənətin yeni istiqamətləri” dərs vəsaitinin təqdimatı olub.

ADMİU-nun rəssamlıq fakültəsinin dizayn və dekorativ tətbiqi sənət kafedrasının təşəbbüsü və UNESCO yanında “Yeni era” Dünya Rəssamlar Akademiyasının dəstəyi ilə keçirilən tədbirdə rəssamlar, sənət adamları, tələbələr və media nümayəndələri iştirak ediblər. 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !