“AMEA Yüksək Texnologiyalar Parkının hərbi yönümlü innovativ layihələri prioritet məsələdir” - (+FOTOLAR)

“AMEA Yüksək Texnologiyalar Parkının hərbi yönümlü innovativ layihələri prioritet məsələdir” (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, YT Parkı bu gün respublikadakı texnoparklar arasında özünün aktiv fəaliyyəti, xüsusilə də müdafiə sənayesi sektorunda çalışmaları ilə diqqət çəkir.

“Azeri Defence” hərbi-texnoloji jurnalında AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) direktoru, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürovun müsahibəsi dərc olunub. O, müsahibəsində rəhbərlik etdiyi texnoparkda müdafiə sənayesi sahəsindəki yeniliklər, prespektivdə nəzərdə tutulan işlər, eləcə də texno parkın imkan və potensialından söz açıb.

N.Şükürov bildirib ki, bu gün artıq YT Parkın uzun müddətli layihələr üzrə 10 rezidenti fəaliyyət göstərir. Onların arasında müdafiə sənayesi sahəsində fəaliyyət göstərən “Elm və Texnologiyalar Parkı”, “Azeltech”, “Buta Armor”, “DN Technologies”, eləcə də mülki və hərbi akkumlyator batareyalarının istehsalı ilə məşğul olan “Azmonbat” kimi şirkətlər var.

Müsahibin sözlərinə görə, YT Parkın rezidentliyini almış hüquqi və fiziki şəxslərə bir sıra güzəştlər tətbiq olunur. Rezidentin texnopark ərazisində icra etdiyi layihələr çərçivəsində idxal etdiyi texnika, texnoloji avadanlıq və qurğu gömrük rüsumlarından və idxalda ƏDV-dən 7 il müddətinə azaddır.

O, qeyd edib ki, YT Parkda təqdim edilən güzəşt və imtiyazlar şərait yaradır ki, istehsal ediləcək məhsulun maya dəyəri texnoparkdan kənarda istehsal olunan məhsulun maya dəyərindən 2 dəfəyə qədər aşağı olsun. Eyni zamanda, məhsul istehsalında yerli xammaldan istifadə istifadə olunması vacib məsələdir.
“Texno parkın rezidenti olan “Elm və Texnologiyalar Parkı” MMC tərəfindən istehsal edilən dronlar həm mülki, həm də hərbi təyinatlıdır”, – deyən N.Şükürov burada dronların hazırlanması, istehsalı, xidmət göstərilməsi işlərinin də təşkil olunduğunu diqqətə çatdırıb. Qeyd edib ki, mülki təyinatlı dronlar kənd təsərrüfatında, ətraf mühitin qiymətləndirilməsində və s. istifadə oluna bilər.

Qeyd edək ki, Azərbaycan hərbi mətbuatının parlaq nümunəsi olan “Azeri Defence” jurnalının əsas məqsədi hərbsənayesi sahəsində, eləcə də müasir texnologiyalar ilə əlaqədar yenilikləri işıqlandırmaqdır.

 

Nərgiz Qəhrəmanova

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )