Bakı Dövlət Universitetində erməni plagiatına qarşı növbəti bir addım - (+FOTOLAR)

Bakı Dövlət Universitetində erməni plagiatına qarşı növbəti bir addım (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, mayın 6-da Ü.Hacıbəyli adına BMA-nın “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin təsdiqi: orqanoloqiya və akustika” elmi-tədqiqat laboratoriyasının bir qrup elmi işçiləri Bakı Dövlət Universitetin Tarix fakültəsinin dekanlığının təşkilatçılığı iləelmi seminar keçiriblər. Fakültənin dekanı, dosent Azad Rzayev həmin tədbirdə giriş sözü ilə çıxış edərək BDU-nun 2019-cu ildə 100 illik yubileyi ilə bağlı keçirilən həmin seminarın silsilə tədbirlərdən biri olduğunu vurğuladı. O, iki qocaman ali tədris müəssisəsilərininbirgə keçirdiyi bu tədbiri çox yüksək dəyərləndirdi. Tədbirdə BDU-nun professor - müəllim heyəti və tələbələr dəiştirak edirdi. Daha sonra söz elmi -tədqiqat laboratoriyasının müdiri Nuridə İsmayılzadəyə verildi.O, öz növbəsindəbu tipli tədbirlərin keçirilməsinin əsas məqsədi kimi professional musiqimizin təbliği və erməni saxtakarlığına qarşı aparılan tədqiqat işlərinin ictimaiyyətə çatdırılmasının vacib məsələ olduğunu qeyd etdi və seminarın təşkil olunmasında Tarix fakültəsinin dekanı Azad Rzayeva yaratdığı şəraitə görə BMA-nın elm və yaradıcılıq işləri üzrə prorektoru,professor Gülnaz Abdullazadənin adından təşəkkürünü bildirdi.Tədbirdəelmi seminarın məruzəçisi,elm-tədqiqat laboratoriyanın elmi işçisi Rauf Bəhmənliyə söz verildi. Rauf Bəhmənli“Azərbaycan xalq rəqslərinin ermənilər tərəfindən saxtalaşdırılması və mənimsənilməsi” mövzusunda slaydlarla zəngin, musiqi nömrələrininfonunda hazırladığı elmi məruzəsini seminar iştirakçılarına təqdim etdi.Məruzəçi Rauf Bəhmənli uzun illər ərzində apardığı tədqiqatlar nəticəsində XX əsrin 1927-ci ildə Müslüm Maqomayev tərəfindən toplanılmış çox saylı Azərbaycan xalq rəqslərindən ibarət topluya müraciətetdi və onların əksəriyyətinin erməni bəstəkar və ifaçılarınınplagiatına məruz qaldığınıqeyd etdi.Bu faktı slaydlardagöstərilən konkret musiqi nömrələri ilə təsdiq etdi.

BDU-nun müəllim-tələbə heyəti tərəfindən maraqla dinlənilən məruzənin sonunda tədbir iştirakçıları suallar ünvanladı. Müzakirədə professor Şirin xanım Bünyatova, “Slavyan xalqları” kafedrasının müdiri, dosent Abu-Talıb Cəlilov, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şəfayət Fərəcov, “Erməni araşdırmaları” elmi-tədris mərkəzinin böyük elmi işçisi İsmayıl Tanrıverdi və digərləridəiştirak edirdi. Eyni zamanda tədbirdəBMA-nın elmi-tədqiqat laboratoriyanın müdiri Nuridə İsmayılzadə, baş elmi işçi, əməkdar incəsənət xadimi, professor Arif Əsədullayev, aparıcı elmi işçi Zeynal İsayev,elmi işçilər Sevda İsayeva,Könül Əhmədova,Ayxan Əfəndiyev və tədbirin keçirilməsinin təşəbbüskarı və təşkilatçısı kimi Əli Əliyev iştirak edirdilər.Tədbirin sonunda BDU-nin Tarix fakültəsinin dekanı Azad müəllim Rzayev gələn qonaqlara Universitetin rəhbərliyi adından dərin minnətdarlığını bildirərək belə elmi seminarların davamlı olmasını arzu etdi.

 

Nuridə İsmayılzadə 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                                    

***************************************************************************************
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +  F  O  T  O    
ç ə k i l i ş
-lərini
aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 ***************************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )