Dövlət Gömrük Komitəsi böhtan dolu məlumatlara cavab verdi - (+ViDEO)

Dövlət Gömrük Komitəsi böhtan dolu məlumatlara cavab verdi (+ViDEO)

https://www.facebook.com/groups/984665661568872/ 

 

Bəzi internet resurslarında əslən azərbaycanlı olan Gürcüstan vətəndaşı Binəli
Osmanovun məktubuna əsasən gömrük orqanlarının fəaliyyətinə dair həqiqətə uyğun
olmayan böhtan dolu məlumatlar yayımlanıb. Belə ki, Binəli Osmanov may ayının 4-
də Gürcüstandan Azərbaycana gələrkən özü ilə gətirdiyi 5 litr çaxırın “Qırmızı
Körpü” gömrük postunda gömrük əməkdaşları tərəfindən zorla əlindən alındığını,
gömrükçülər tərəfindən ona və yaxınlarına qarşı kobud rəftar edildiyini iddia edir.
    Qeyd edək ki, əslində həmin vətəndaş məktubunda qanunvericiliyin tələblərini
pozduğunu özü etiraf edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 305
nömrəli qərarına əsasən gömrük sərhədini keçən şəxs güzəştli qaydada, yəni hər hansı
gömrük ödənişləri həyata keçirmədən  yalnız 1.5 litr alkoqollu içkini ölkə ərazisinə
gətirə bilər.  Həmin şəxsin gətirdiyi alkoqollu içkinin miqdarı qanunvericilikdə
müəyyən olunan həddi keçdiyi üçün gömrükçülər tərəfindən akt tərtib olunaraq
müvəqqəti saxlanca götürülüb.
  Bundan başqa məlumatda gömrük orqanlarına qarşı bir sıra haqsız, eyni zamanda
 müəllif və yayımlayan şəxslər üçün qanun qarşısında məsuliyyət yaradacaq əsassız
digər iddialar da irəli sürülür.
   Lakin Dövlət Gömrük Komitəsinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi
vasitəsilə aparılan araşdırma zamanı məlum oldu ki, may ayının 4-də Gürcüstandan
ölkə ərazisinə daxil olan Binəli Osmanov gömrük bəyannaməsində özü ilə 1,5 litr
alkoqollu içki və 15 kq ərzaq gətirdiyini bildirsə də, yoxlama zamanı avtomobildən 10
litr alkoqollu içki aşkar edilib. Bu fakt  müvəqqəti saxlanca götürülən mallarla  bağlı
tərtib olunan aktda da öz əksini tapıb ki,  bu da gömrük orqanlarına yalan məlumat
verilməsi deməkdir.
   Gömrük postunun ərazisində quraşdırılan kameralar vasitəsilə Binəli Osmanovun
gömrük nəzarətindən keçmə prosesi videoyazıya alınıb. Aşağıda təqdim etdiyimiz
videotəsvirlərdə  gömrükçülərin ona qarşı hansı “nəzakətsiz davranış”lara və “kobud
rəftara” yol verdiyini də ictimaiyyətin müzakirəsinə buraxırıq.
   Üstəlik gömrük xidmətinin və  gömrük əməkdaşlarının qanunsuz əməllərindən bəhs
edən həmin şəxs istəyinə nail olmaq üçün gömrük əməkdaşına rüşvət də təklif edib.
Belə ki, videotəsvirlərin 30-cu saniyəsindən etibarən davam edən hissəsində Binəli
Osmanovun avtomobilin salonuna daxil olaraq oradan əlində sənədlə qayıtması və
sənədin arasında pul əskinasını gömrük əməkdaşına vermə cəhdi  və gömrük
əməkdaşının da buna qəti etirazı aydın şəkildə öz əksini tapıb.
    Təəssüfdoğurucu məqamlardan biri də odur ki, son zamanlarda bir sıra dırnaqarası
media qurumları məqsədli şəkildə müxtəlif fiziki və hüquqi şəxslərin subyektiv, yalan
iddialarına əsaslanaraq qarşı tərəfin rəyini öyrənmədən gömrük orqanlarının
fəaliyyətinə kölgə salan məlumatlar yayımlamaqdadırlar və bu media orqanlarının

yayım siyasətlərində və ya təfəkkürlərində  əsaslı dəyişiklik etmələrinə ciddi ehtiyac
var.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )