Elçin Mirzəbəyli ədəbiyyatdakı vicdansız və həyasız oğrulardan yazdı... -

Elçin Mirzəbəyli ədəbiyyatdakı vicdansız və həyasız oğrulardan yazdı...

"Sənin ürəyində hansı fəsildi" - Təkcə bu misramla bağlı və yalnız FB-də axtarış verdim... Ən azı beş şairin şeirindən çıxdı. Sıralarında gənc və tanınmış olanı da var, kənd müəllimi də...
Ad çəkmək istəmirəm, başqa şairlərin misralarını da oğurlayırlar. Amma mənim misralarımı, şeirlərimdən ayrı-ayrı beytləri, bəndləri və hətta bütöv şeirlərimi oğurlayırlar. Həm də vicdansızcasına, xüsusi həyasızlıqla... Səbəbini bilmirəm. Yazmaqdan, deməkdən də yorulmuşam.

“Bu gün qar yağacaq, deyəsən: torpağın hərarəti sovuldu, qış fəsli gəldi. Sənin soyuqluğunun fəslini bir bilsəydim...” Anar Yusifoğlunun “Yağışdan sonrakı torpaq kimiyəm…” köşəsindən

 

Gözlərim buz tutub, baxışım soyuq,
Sözlərim uyuşmur söz sırasına...
Qəlbim əsir düşüb özgə əllərə,
Kirpiyim göz yaşı sırsırasına...

 

Vaxtım yollarında qurban kəsilib,
Saat əqrəbindən asılıb dilim...
Sənin ürəyində hansı fəsildi?
O fəsilə uyğun geyinib gəlim...

 

Sən məndən...
Mən isə özümdən uzaq -
Vaxtdan irəliyik, baxtdan geriyik...
Bizə fəsillər də, aylar da yasaq,
Oğurluq anların sakinləriyik.

 

Ya Rəbbim!
Ruhumu götür, çək dara...
Tabım yox bu sayaq qismətə, Tanrım!
Mən üsyan edirəm ayrılıqlara,
Mən üsyan edirəm həsrətə, Tanrım!

 

İçimdə bu eşqin yarası dərin,
Min yerdən çat verən qan damarıyam...
İmkansız eşqlərin, qərib eşqlərin,
Yetim sevdaların üsyankarıyam... 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

***************************************************************************************
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +  F  O  T  O    
ç ə k i l i ş
-lərini
aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 ***************************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )