Tarixçi alimlərimiz adlı silsilə layihənin növbəti qonağı professor Anar İsgəndərov olub - (+FOTOLAR)(YENİLƏNDİ)

“Tarixçi alimlərimiz” adlı silsilə layihənin növbəti qonağı professor Anar İsgəndərov olub (+FOTOLAR)(YENİLƏNDİ)

https://www.facebook.com/groups/250993438794052/

 

Bakı Dövlət Universitetinin və Tarix fakültəsinin 100 illik yubileyinə həsr edilmiş “Tarixçialimlərimiz” adlı layihənin növbəti qonağı Tarix fakültəsinin Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, professor Anar İsgəndərov olub.
Fakültə dekanı Azad Rzayev tədbir iştirakçılarını salamlayaraq professor Anar İsgəndərovun elmi fəaliyyəti haqqında danışıb.
Sonra professor Anar İsgəndərov həyat və fəaliyyəti barədə ətraflı məlumat verib, tələbəlik illəri, müəllimləri, xüsusilə tarixçi alim kimi yetişməsində müstəsna xidmətləri olan professor Ənvər Əhmədovla bağlı xatirlərini bölüşüb, yataqxana həyatının maraqlı anlarını yada salıb. A.İsgəndərov Azərbaycan tarixinin müxtəlif dövrlərinə nəzər salıb, Bakı Xalq Komissarları sovetinin fəaliyyəti, 1918-ci il Mart soyqırımı, Azərbaycan Xalq Cümhuriyyəti, Qafqaz-İslam ordusunun Azərbaycana xilaskarlıq yürüşü, Azərbaycan parlamentinin təsisi, Bakı Dövlət Universitetinin yaradılması haqqında ətraflı danışıb və gəncləri vətənpərvər olmağa səsləyib.
BDU-nun rektoru Elçin Babayev Anar İsgəndərova səmimi çıxışına görə təşəkkür edib.
Qafqaz xalqları tarixi kafedrasının müdiri, professor İradə Hüseynova Anar İsgəndərovun həm alim, həm də insan kimi örnək olduğunu vurğulayıb.
Tədbir Anar İsgəndərovun rəhbərlik etdiyi Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının magistrant və doktorantlarının çıxışları ilə yekunlaşıb.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !