Rektor BMT Modeli üzrə Milli Konfransda mükafatlandırılan BDU tələbələri ilə görüşüb - (+FOTOLAR)

Rektor BMT Modeli üzrə Milli Konfransda mükafatlandırılan BDU tələbələri ilə görüşüb (+FOTOLAR)

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev III MilliMUN – BMT Modeli
üzrə Milli Konfransda iştirak etmiş BDU tələbələri ilə görüşüb. Məqsədi gənclərə əsl
diplomat təcrübəsini yaşamaq və BMT-nin simulyativ komitə iclaslarında dünyanın real
problemlərinə həll yolları tapmaq imkanı verən tədbirdə gənc iştirakçılar BMT
Təhlükəsizlik Şurası, BMT Baş Assambleyası, BMT Qadınlar Təşkilatı və BMT Ətraf
Mühit Proqramının rəmzi komitələrində diplomatiya bacarıqlarını sınaqdan keçirmək
imkanı qazanıblar. Onlar həmçinin qadın və kişi əməyinin bərabər ödənilməməsi
məsələsini araşdırıb, rəqəmsal idarəçilik və vətəndaş iştirakına keçidin perspektivləri və
tekstil sənayesinin ətraf mühitə təsirindən danışıblar.
Konfransın yekununda Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin III kurs
tələbələri Kənan Xəlilov “Ən yaxşı nümayəndə”, Jalə Rəfiyeva “Ən yaxşı nümayəndə
heyəti”, Humay Məmmədova “Ən yaxşı debatçı”, Səlcuq Yusifli “Fəal iştiraka görə
xüsusi mükafat”, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin II kurs tələbəsi
Məryəm Xanbabazadə “Ən yaxşı mövqe sənədi”, IV kurs tələbəsi Rəna Bayramova
“Fəal iştiraka görə xüsusi mükafat” nominasiyaları üzrə mükafatlandırılıblar.
Azərbaycanda gənclərə göstərilən dövlət qayğısından, onların hərtərəfli inkişafı üçün
yaradılan şəraitdən danışan rektor Elçin Babayev mükafata layiq görülmüş tələbələri
təbrik edib, yeni uğurlar arzulayıb. Fikir mübadiləsi şəraitində keçən görüşdə tələbələr,
eyni zamanda, konfransda müzakirə edilən məsələlərlə bağlı suallara cavab verib,
gələcək planlarından danışıblar.
Qeyd edək ki, adıçəkilən konfrans prezident İlham Əliyevin Azərbaycan
Respublikası hökuməti ilə BMT-nin İnkişaf Proqramı əsasında “Qlobal siyasi
müzakirələrdə gənclərin fəal iştirakının dəstəklənməsi üçün yeni platformalar
yaradılması haqqında” layihə əsasında baş tutub. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )