Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirilib - (+FOTOLAR)

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirilib (+FOTOLAR)

10 may 2019-cu il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Qara Qarayev adına konfrans zalında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə ilk öncə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti professor Fərhad Bədəlbəyliçıxış edərək Azərbaycan xalqının görkəmli oğlu olan Heydər Əliyev irsinin olduqca zəngin, mükəmməl dövlət quruculuğunu və Azərbaycanın memarı və qurucusu kimi tarixdə ki, rolundan danışıb. Daha sonra BMA-nın “Humanitar fənnlər” kafedrasının müdiri, Filalogiya elmləri doktoru, professor Tərlan Quliyev və BMA-nın “Solo oxuma və vokal hazırlığı” kafedrasının müdiri, Xalq artisti, professor Xuraman Qasımova da çıxış edərək ulu öndər Heydər Əliyevin nə dərəcədə müdrik, eyni zamanda, praqmatik bir lider olduğunu, Azərbaycanda müstəqil dövlət quruculuğunda gördüyü işlərdən danışıblar.
Daha sonra Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbirdə musiqi nömrələri səslənib. Belə ki, F.Əmirov “Poema-monoloq” (İfa edir: BMA-nın III kurs tələbəsi, Beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Orxan Hüseynov, Müşayiət edir: BMA-nın baş müəllimi Nərgiz Salmanlı),S.Hacıbəyov “Lay-lay” (İfa edirlər: BMA-nın tələbələri, Beynəlxalq və respublika müsabiqələr laureatları İsgəndərova Sona və Həsənova Elmina, Müşayiət edir: BMA-nın məzunu, Beynəlxalq və respublika müsabiqələr laureatı Zuleyxa Usubova), S.Əliyeva“Qayıt əzizim” (İfa edir: BMA-nın magistr pilləsinin I kurs tələbəsi, Respublika müsabiqələr laureatı Orxan Cəlilov, Müşayiət edir:Natiq Yusibov), Tomas Tallis “İf you love me”, Orlando Lasso “Vilanella”Tomas Victoria “Motet”(İfa edir: Bakı Musiqi Akademiyasının Lumineux (Lumine) vokal ansamblı (Bədii rəhbər və dirijor BMA-nın baş müəllimi Naala Baratelia)), F.Əmirov “Azərbaycan elləri” (İfa edir: BMA-nın məzunu, Beynəlxalq və respublika müsabiqələr laureatı Fatimə Cəfərova, Müşayiət edir: BMA-nın məzunu, Beynəlxalq və respublika müsabiqələr laureatı Zuleyxa Usubova) əsərləri ifa olunub.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !