BİR tələbə-könüllüləri Heydər Əliyev adına Böyük Dəbilqə turnirində BİRlik nümayiş etdiriblər - (+FOTOLAR)

“BİR” tələbə-könüllüləri Heydər Əliyev adına Böyük Dəbilqə turnirində BİRlik nümayiş etdiriblər (+FOTOLAR)

www.facebook.com/groups/250993438794052/ 

 

10-12 may 2019-cu il tarixlərində Heydər Əliyev adına İdman Sarayında keçirilən cüdo
üzrə “Böyük Dəbilqə” beynəlxalq turnirinin təşkilinə Təhsil Nazirliyinin “BİR” tələbə-
könüllüləri dəstək veriblər.
Tədbirin açılış mərasimində Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov,
Beynəlxalq Cüdo Federasiyasının (İJF) prezidenti Marius Vizer, Azərbaycan Cüdo
Federasiyasının prezidenti Rövnəq Abdullayev iştirak edib.
31 ölkənin təmsilçilərinin iştirak etdiyi beynəlxalq turnirdə 40-a yaxın yüksək dil biliyinə
malik “BİR” tələbə-könüllülər tamaşaçıların qarşılanması, yönləndirilməsi, xarici
qonaqların və idmançıların müşayiət olunması, məlumatlandırılması, tədbir məkanının
təşkil olunması işlərində uğurla fəaliyyət göstərib. Həmçinin təcrübəli “BİR”
koordinatorlar tərəfindən beynəlxalq tədbirə təşkilati dəstək də verilib.
“Böyük dəbilqə” beynəlxalq turnirinin hər bir hissəsində iştirakçılar tələbə-könülüllərin
dəstəyindən faydalanıblar. Sonda isə beynəlxalq turnirin idmançıları və qonaqları uğurlu
fəaliyyətlərinə görə “BİR” tələbə-könüllülərə öz təşəkkürlərini bildiriblər.
Beynəlxalq turnirə təşkilati və könüllü dəstəyi Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü
proqramı tərəfindən verilib. Tədbir üçün müraciət edən 300-dən çox tələbə-könüllü
arasında xüsusi seçim və müsahibə mərhələsi keçirilib. Seçilən tələbə-könüllülər üçün
Beynəlxalq turnirdən öncə təlim prosesi həyata keçirilib.
Qeyd edək ki, “Bir” Tələbə-Könüllü proqramı milli könüllü platforması kimi 21,000-dən
çox tələbə-könüllü üzvə malikdir. Tələbələrin şəxsiinkişafı və asudə vaxtını səmərəli
dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən Proqram tərəfindən indiyədək
450-dən çox çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib. BİR
könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə
və Proqrama qoşula bilərlər.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !