“İlk kosmonavt” viktorinasının fəal iştirakçıları təltif olundu - (+FOTOLAR)

“İlk kosmonavt” viktorinasının fəal iştirakçıları təltif olundu (+FOTOLAR)

https://www.facebook.com/groups/250993438794052/ 

 

Xəbər verdiyimiz kimi, Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası ilk kosmonavt Yuri Qaqarinin anadan olmasının 85 illik yubileyi ilə əlaqədar viktorina təşkil etmişdir. Qeyd edək ki, viktorinaya aprel ayının 1-dən start verilmişdir.
Viktorinanın yekunlarına əsasən I yeri Zərdab rayonu 1 nömrəli məktəb-liseyin şagirdi Məhəmməd Nuri, II yeri Şəki şəhəri 5 nömrəli tam orta məktəbin şagirdi Rəvan Ələsgərli, III yeri isə Quba rayonu Tələt Mikayılov adına 5 nömrəli tam orta məktəbin şagirdi Afət Rəhimova qazanmışdır.
“İlk kosmonavt” viktorinasının Bakı şəhəri üzrə fəal iştirakçıları – Nərimanov rayonu 37 nömrəli tam orta məktəbin şagirdi Muhamməd Qasımlı və Qaradağ rayonu 110 nömrəli tam orta məktəbin şagirdi İsaxan Masıyev Təşəkkürnamələrlə təltif olundular.
 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )