Ənəlhəqq teatr tamaşası nümayiş olunub - (+FOTOLAR)

“Ənəlhəqq” teatr tamaşası nümayiş olunub (+FOTOLAR)

https://www.facebook.com/groups/250993438794052/ 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamının icrasının təmin edilməsi məqsədilə Bakı Dövlət Universitetində Azərbaycan xalqının ədəbi və fəlsəfi fikir tarixində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Ənəlhəqq” teatr tamaşası nümayiş olunub. Jurnalistika fakültəsinin və Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə hazırlanmış və nəzmlə yazılmış tamaşada Nəsimi fəlsəfəsi, onun ideologiyasının dünyəviliyi, o vaxtki despot rejimə, tökülən qanlara, insanın öz həqiqi mənliyindən çıxıb vəhşiyə dönməsinə qarşı Nəsiminin üsyankarlığı əsas götürülüb. Tamaşada müridlə mürşid, despot şahla həqiqət tələb edən şair, xeyirlə şər, aşiqlə məşuq münasibətləri verilib.
“Ənəlhəqq” tamaşasının layihə rəhbərləri Elcan Məmmədov, Fəhruz Rzayev və Rəhman Mirzəlizadə, quruluşçu rejissoru isə Cavidan Kəsəmənlidir. Tamaşa izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.
Sonda BDU-nun rektoru Elçin Babayev, Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev və millət vəkili Şəmsəddin Hacıyev çıxış edərək tələbələri təbrik edib, tamaşanı yüksək qiymətləndirib, onlara uğurlar arzulayıblar.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !