"Ramiz Quliyev yaradıcılığına bir nəzər: musiqi irsimizin, tar ifaçılıq sənətinin təbliği ... - (+FOTOLAR)

"Ramiz Quliyev yaradıcılığına bir nəzər: musiqi irsimizin, tar ifaçılıq sənətinin təbliği”... (+FOTOLAR)

www.facebook.com/groups/250993438794052/ 

 


“Görkəmli tarzən, Azərbaycan SSR Xalq Artisti , “Şöhrət” və “Şərəf” ordeni mükafatçısı, professor Ramiz Quliyev yaradıcılığına bir nəzər: musiqi irsimizin, tar ifaçılıq sənətinin təbliği” mövzusunda elmi seminar.


Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının”Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi:orqanologiya və akustika” elmi laboratoriyasında ustad, görkəmli tarzən Ramiz Quliyevin musiqi irsimizin xəzinəsi sayılan yaradıcılıq səhifələri bir daha işiqlandırılmışdır.
Elmi-tədqiqat laboratoriyasının elmi işçisi Aynur Çələbiyeva hörmətli tarzənin yaradıcılğını bir daha isıqlandıraraq, xüsusilə R.Quliyevin Vətəndən uzaqlarda, xarici ölkələrdə konsert fəaliyyətini araşdıraraq olduqca maraqlı seminar mövzusu ilə çıxış etmişdir. Seminarda R.Quliyevin yaradıcılıq fəaliyyətinin əsas mərhələlərini vurğulayan bir sıra konsert proqramlarından fraqmentlər səsləndirilmiş, ustadın ABŞ, Türkiyə, Əfqanıstan, Hollandiya, İsveçrə, ADR, Kanada, İran, Fransa, Norveç, İsrail və.s. ölkələrdə böyük müvəffəqiyyətlə keçirilmiş konsertləri haqqda geniş məlumatlar verilmişdir.
A.Çələbiyeva çıxışı zamanı R.Quliyevin Azərbaycan tar ifaçılıq sənətinə bəxş etdiyi əvəzsiz töhvələri haqqında söz açmış və ustada Dövlətimiz tərəfindən, xüsusilə də Ulu Öndərimiz Heydər Əliyev tərəfindən daima qayğı və hörmətin göstərilməsini vurğulamışdır.
Seminarda iştirak edən Ramiz Quliyev tədbir ilə əlaqədar məmnunluğunu bildirmiş və elmi- tədqiqat laboratoriyasının bu qəbildən olan lahiyələrini bəyənərək, bütün bunların musiqimizə, mədəniyyətimizə verilən dəyərin bariz nümunəsi olduğunu xüsusilə vurğulamışdır.
Mövzu ilə əlaqədar laboratoriyanın əməkdaşları Əməkdar İncəsənət Xadimi, professor A.Əsədullayev, dosent A.Abduləliyev, bəstəkar R.Ramazanov dəyərli fikir və mulahizələrini bildirdilər. Sonda laboratoriyanın müdiri sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent N.İsmayılzadə çıxış edərək keçirilən seminarı yüksək qiymətləndirdi və milli-mənəvi dəyərlərimizin qorunması və təbliğı prosesində hələ çox işlərin görülməli olduğunu vurğuladı.


Sənətşünaslıq üzrə fəlsəfə doktoru
M.Rzayeva

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !