Keçmişdə vərəm xəstəliyi keçirmiş insanlarla görüş-konfrans keçiriləcək -

Keçmişdə vərəm xəstəliyi keçirmiş insanlarla görüş-konfrans keçiriləcək

Ölkəmizdə dərmanlara davamlı vərəm digər region ölkələrində olduğu kimi, artmaqda davam edir. Yeni (ilkin) xəstələnmə hallarının qarşısı alınsa da və müalicənin uğurluluğu yüksək olsa da, son illərdə dərmanlara davamlı vərəmin uğurlu müalicə nəticələrində əhəmiyyətli dəyişiklik müşahidə edilmir. Buna səbəb olan amillərdən ən birincisi damğa (stiqma) problemidir. Vərəmlə bağlı damğa.

İnsanlar bu xəstəlik barədə yanlış məlumatlı olduğuna, vərəmin mülicəsilə bağlı əsassız miflərə inandıqlarına və onun sağalmasının hətta mümkün olmadığını düşünərək düzgün, adekvat müalicədən yayınır və vərəm çöplərini ictimai nəqliyyatlarda və digər ictimai yerlərdə yayaraq vərəmin artmasına səbəb olur və ən son çarə olaraq vərəm dispanserinə müraciət edirlər.

99% vərəm xəstəsi xəstəliyinin gizli qalmasına üstünlük verir. Bu insanlar təkcə xəstəlikdən yox, sosial həyat böhranından da əziyyət çəkirlər. Zaman-zaman aqressiv, ünsiyyətdən qaçan və depressiyada olan, bəzən həyat mübarizliyini itirmiş xəstələrlə qarşılaşdıq bu son 10 il ərzində. Bu xəstəliyin arxasında yalnız dərman müalicəsi ilə sağalmayacaq dərin yaralar olduğunu fərq etdik. Sağlamlığa Xidmət bəzən kimisinə dost, kimisinə də qardaş olmağa çalışdı. Onları yaşadıqları sosial böhrandan çıxarmaq üçün kimisinə sığınacaq, əyin-baş, kimisinə yalnız bir televizor bağışlamaqla sevinc bəxş etdik və müalicəyə dəstək olduq.

Bugün artıq son 10 il ərzində azadlığa buraxılan 756vərəmli xəstədən 733 nəfəri(23 nəfər vəfat edib) Sağlamlığa Xidmət İctimai birliyinin xəstələrə dəstək layihəsindən bəhrələnərək yenidən cəmiyyətə inteqrasiya olunmuşdur.

Mülki vətəndaşlardan fərqli olaraq, keçmişdə məhkum olmuş xəstələrin müalicəsinə dəstək olmaq, cəmiyyət tərəfindən itirilmiş insanları həm də yenidən həyata qaytarmaq, ailə əlaqələrini bərpa etmək və onların özlərini yenidən bir fərd kimi hiss etmələrinə yardımçı olmaq deməkdir.

Sağlamlığa Xidmət İctimai birliyi 10 il ərzində “Azadlığa buraxılan vərəmli xəstələrin müalicəsinin izlənilməsi layihəsi”ndən bəhrələnən bir grup insanı və eləcə də onları vaxtilə müalicəedən tibb işçilərini bir araya toplayaraq, əhali arasında vərəmlə bağlıdamğalanmağa (stigma) son qoymaq məqsədilə görüş-konfrans keçirir və bir daha xəstəliyi yaşamış və müalicə alıb sağalmış insanların dililindən vərəmin tam sağalan xəstəlik olmasını ictimaiyyətin diqqətinə çatdırmağı planlaşdırıb.

Tədbir, Səhiyyə Nazirliyi Ölkə Əlaqləndirmə Komissiyasının maliyyə və texniki dəstəyilə keçirilir.
Tədbirin devizi “Xəstələrə qayğı, diqqət, xoş insani münasibət
göstərməklə, saflaşar hər cəmiyyət”

22 may saat 10:00-da hamınızı Park İNN mehmanxanası, Füzuli zalında görmək diləyilə....

 

Elçin Muxtarlı
Sağlamlığa Xidmət İB-nin sədri

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !