Gömrük Akademiyasının tələbəsi: - Özümü bu şöbənin bir əməkdaşı kimi hiss etməyə başladım

Gömrük Akademiyasının tələbəsi: “Özümü bu şöbənin bir əməkdaşı kimi hiss etməyə başladım”

 AZpress.AZ xəbər verir ki, Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) IV kurs tələbələri 18 fevral 2019-cu il tarixdən 14 həftə ərzində bir sıra müxtəlif dövlət qurumlarında istehsalat təcrübəsi keçirlər. Tələbələr öz buraxılış işlərinin mövzularına uyğun olaraq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi, Azərbaycan Respublikasının Auditorlar Palatası, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası, “AtaSığorta” ASC, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi, İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu, Azərbaycan Milli Elmlər Akademiyasında təcrübədədirlər.

Müsahibimiz Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük Dəyərləndirilməsi və Risklərin İdarə Olunması şöbəsində təcrübə keçən “İqtisadiyyat” ixtisası üzrə təhsil alan 4-cü kurs 406-cı qrup tələbəsi Turan Ağayevdir.

 

Turan, sizi bu qurumda necə qarşıladılar? Nə kimi işlər görürsünüz?

-- İdarəyə gəldiyim ilk gündən, təbii olaraq, iş prosesini bilmədiyim üçün müəyyən qədər sıxılırdım. Amma şöbə rəisi ilə söhbətdən sonra artıq müəyyən qədər maraq yarandı. Belə ki, şöbə rəisi mənə bu şöbənin işinin xüsusiyyətləri barədə və burda gedən iş prosesi haqqında bir qədər söz açdı. Bundan sonra mən də özümü bu şöbənin bir əməkdaşı kimi hiss etməyə başladım. Şöbə əməkdaşları da mənə iş prosesində hər cür kömək göstərirlər.

 

Sizcə, iş fəaliyyətinizə başlamadan belə bir təcrübənin sizin üçün hansı müsbət tərəfləri var?

-- Əgər gələcəkdə burda işlə təmin olunsam, faydaları çox olacaq, çünki artıq 3 ay yarım bu şöbədə təcrübə keçmiş biri olaraq iş prosesindən xəbərdaram.

 

Akademiyada tədris zamanı əldə etdiyiniz biliklər təcrübədə köməyinizə yetirmi?

-- Müəyyən bilgilər təcrübədə lazım olur, amma təcrübə tamam başqa bir dünyadır. Nəzəri olaraq öyrəndiyin biliklər təcrübədə çox zaman keçmir. Məsələn, bəzən hər hansı bir malı gətirən şəxslər elə bir yollardan və ya hiylələrdən istifadə edirlər ki, bu sizin ağlınıza belə gəlmir və siz də bu halların qarşısını almaq üçün aidiyyatı üzrə müəyyən tədbirlər həyata keçirməlisiniz. Bu proseslər heç vaxt nəzəriyyədə öyrədilmir.

 

Bəs sizin fikrinizcə, yaxşı mütəxəssis olmaq üçün nəzəri biliklər, yoxsa təcrübə daha önəmlidir?

-- Təbii ki, hər ikisi vacibdir, amma mənim burda şöbə rəisimdən öyrəndiyim bir məqam var. Əgər bu sistemdə işləmək istəyirsənsə, aşağı pillədən işləməyə başla. Birdən birə yüksək vəzifə tutmağın faydası olmur. Öyrənə-öyrənə gəlib yüksək vəzifəyə çatdığın zaman artıq peşəkar bir əməkdaş ola bilirsən.

Müsahibəyə görə təşəkkür edirik və sizə uğurlar arzulayırıq.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                                               

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !