Fikrət Əmirov adına 6 nömrəli İncəsənət Məktəbinin növbəti uğuru - (+FOTOLAR)

Fikrət Əmirov adına 6 nömrəli İncəsənət Məktəbinin növbəti uğuru (+FOTOLAR)

Fikrət Əmirov adına 6 nömrəli Onbirillik İncəsənət Məktəbinin III sinif şagirdi Məhəmmədəli İbrahimov 25 aprel – 8 may tarixində Qazaxıstanda keçirilən Beynəlxalq “First İnternational Art Competition” müsabiqəsində zərb alətləri ixtisası üzrə II yerə layiq görülmüşdür.


Oxuduğu illər ərzində Məhəmmədəli məktəbin müxtəlif tədbirləri, təhsil aldığı şöbənin hesabat konsertləri ve Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Telman Hacıyevin ustad dərsində uğurla çıxış etmişdir. O, daim üzərində işləyir və müəllimlərinin etimadını doğruldmağa çalışır. Yiyələndiyi sənətə məsuliyyətlə yanaşaraq hər zaman müəlliminin sözlərinə diqqət yetirir.


Eyni zamanda şagirdin müəllimi Anar Qasımov da xüsusi sertifikatla təltif olunmuşdur. Qeyd edək ki, hər bir şagirdin uğuru ilk növbədə onun müəlliminin uğuru və qürurudur. Bu münasibətlə həm müəllimini, həm gənc musiqiçini təbrik edir və gələcək fəaliyyətlərində onlara bol-bol uğurlar arzu edirik.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )