Yasamal rayon MKS-inin kitabxana filialı Amil Bəxtiyarla görüş keçirdi - (+FOTOLAR)

Yasamal rayon MKS-inin kitabxana filialı Amil Bəxtiyarla görüş keçirdi (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, bu gün, 17 may tarixində Yasamal rayon MKS-inin Q.Musabəyov adına 3 №- li kitabxana filialında Laçın rayonun işğalı ilə əlaqədar gənc şair Amil Bəxtiyarla görüşkeçirildi.

Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra kitabxana filialınınmüdiri Arzu Xudayarova Laçın rayonu və onun işğalı haqqında məlumat verdi.

Tədbirdə gənc şair Amil Bəxtiyar yeni nəşr olunmuş “Dərdimi yazan olaydı”adlı kitabını oxuculara təqdim etdi.

Sonra şairin vətənpərvərlik mövzusunda yazılmış şerləri səsləndirildi.Ən yaxşı ifaçılara – 158№-li tam orta məktəbin 8 c sinif şagirdləri Aynur Fərhadova, İlahə Quliyeva,Elena Qədirova,Zöhrə Həsənova,Rəhimə Qurbanova,Lamiyə Bayramovaya və məktəbin müəllimi Vəsilə İbrahimovaya şairin imzalı kitabları hədiyyə edildi.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                                               

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !