Mənəvi dəyərlər sistemində Nəsimi fenomeni mövzusunda dəyirmi masa keçirilib - (+FOTOLAR)

“Mənəvi dəyərlər sistemində Nəsimi fenomeni” mövzusunda dəyirmi masa keçirilib (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, mayın 15-də Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Gəncə şəhərində “Mənəvi dəyərlər sistemində Nəsimi fenomeni” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) icraçı direktorunun müavini Rəfi Qurbanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin baş məsləhətçisi Yadigar Bədəlov, Bakı Dövlət Universitetinin (BDU) türk xalqları ədəbiyyatı kafedrasının müdiri, professor Ramiz Əsgər, Gəncə Dövlət Universitetinin (GDU) Ümumi tarix kafedrasının baş müəllimi Bəxtiyar Məhərrəmov, Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin üzvləri, müəllim və tələbə kollektivi iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Fondun icraçı direktorunun müavini Rəfi Qurbanov ölkə Prezidenti cənab İlham Əliyevin 2019-cu ili "Nəsimi ili" elan etməsinin önəmindən danışaraq bildirib ki, bu il çərçivəsində Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən silsilə tədbirlər həyata keçirilir. “Mənəvi dəyərlər sistemində Nəsimi fenomeni” mövzusunda keçirilən silsilə tədbirlər çərçivəsində Gəncə şəhərində baş tutan dəyirmi masada dəyərlər anlayışı barəsində geniş məruzə edən R.Qurbanov qeyd edib ki, milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün də öz aktuallığını qoruyub saxlayır. Çünki bu dəyərlərin xalqımızın formalaşmasına təsiri olduqca böyükdür. Milli ideologiya, mənəvi yaddaş, milli tarix, milli dil, ənənəvi dini dəyərlər, milli mədəniyyət və incəsənət, milli ədəbiyyat, milli özünüdərk, ailə sistemi, dahi şəxsiyyətlərimiz, milli musiqimiz və s. mənəvi dəyərlər sisteminin ayrılmaz tərkib hissəsidir.

Daha sonra çıxış edən Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin baş məsləhətçisi Yadigar Bədəlov diqqətə çatdırıb ki, İmadəddin Nəsimi Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır. Mütəfəkkir şairin ədəbi irsi qədim köklərə və çoxəsrlik ənənələrə malik Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələ təşkil edir. Çox mürəkkəb və ziddiyyətli bir inkişaf yolu keçmiş olan Nəsimi Azərbaycan ədəbiyyatında ana dilində yaranan fəlsəfi şeirin əsasını qoymuşdur.

BDU-nun türk xalqları ədəbiyyatı kafedrasının müdiri, professor Ramiz Əsgər qeyd edib ki, Nəsimi böyük humanist şair, insanı ucaldan bənzərsiz şeirlərin müəllifi, Azərbaycan dilinin formalaşmasında müstəsna rol oynamış şairimizdir. Onun yaradıcılığının ideya-mövzu və bədii-estetik cəhətləri, bütövlükdə poetikası şairi orta əsrlərin ən qüdrətli söz və fikir sərrafları ilə bir cərgəyə qoyur.
GDU-nun Ümumi tarix kafedrasının baş müəllimi Bəxtiyar Məhərrəmov bildirib ki, Nəsiminin xidməti təkcə Azərbaycan türkcəsində yazması ilə bitməyib. Onun yetişdirdiyi davamçıları da öz yaradıcılıqlarında Nəsimi kimi saf bir dildə yazmağa çalışıblar və bütün bunlar Azərbaycan dilinə, ədəbiyyatına öz təsirini göstərib.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin üzvü, şair Oqtay Abdulla İmadəddin Nəsimi haqqında yazdığı şeiri, eləcə də tədbirdə iştirak edən tələbələr İmadəddin Nəsiminin şeir və qəzəllərini səsləndiriblər.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                                              

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !