Özbəkistanda Gənc ulduzlar-2019 Xeyriyyə Festivalında Azərbaycan Mədəniyyət Mərkəzi də iştirak edib - (+FOTOLAR)

Özbəkistanda “Gənc ulduzlar-2019” Xeyriyyə Festivalında Azərbaycan Mədəniyyət Mərkəzi də iştirak edib (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Özbəkistandakı “Mehrcon” Hamilər Şurasının təşkilatçılığı ilə “Türküstan” sarayında hər il ənənəvi olaraq keçirilən “Gənc ulduzlar” Xeyriyyə Festivalında bu ölkədəki digər təşkilatlar kimi əsas sponsorlardan olaraq Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi də iştirak edib.

53-cü Xeyriyyə Festivalında tədbirə Daşkənddəki uşaq və internat evlərinin 1000-dən çox şagirdi qatılıb.
Festivalın əsas məqsədi internat evlərində, uşaq evlərində oxuyan yetim və fiziki qüsurlu, istedadlı uşaqların üzə çıxarılması, onlara dəstək göstərməkdir.

Azərbaycan Mədəniyyət Mərkəzi tədbirdə iştirakı Azərbaycanın Respublika gününə həsr etmiş və əsas məqsədinin gələcək nəsillər olan uşaqlara Azərbaycan-Özbəkistan dostluğunu təbliğ etməkdir.

Tədbiri giriş sözü ilə açan Daşkənd vilayəti üzrə Həmkarlar Təşkilatları Birliyi sədr müavini Olimjon Topilov qayğıya ehtiyacı olan uşaq və yeniyetmələrin arasından istedadların üzə çıxarılmasının, onların gələcəyə inamının artırılmasının, gələcək fəaliyyətlərinin stimullaşdırılmasının vacib olduğunu qeyd edib, əsl dost dəstəyi göstərən Azərbaycan dövlətinə təşəkkürünü bildirib. O, Özbəkistan dövləti tərəfindən uşaq evlərinin xüsusi qayğı ilə əhatə olunduğunu vurğulayıb.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Özbəkistan-Azərbaycan dostluğundan danışıb, müstəqil dövlətlərimizin gələcək nəsillər üçün böyük imkanlar açdığını söyləyib. Gələcək nəsillər olan uşaq və yeniyetmələrə uğurlar arzulayan S.Abbasov müstəqilliyimizin və dostluğumuzun möhkəmlənməsində onların üzərinə böyük vəzifələr düşdüyünü qeyd edib.

Təqdim olunan konsert proqramında Daşkənddəki internat və uşaq evlərinin şagirdləri öz istedadlarını nümayiş etdiriblər.

Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblının üzvləri rəngarəng milli rəqslərimizi ifa ediblər. Çıxışlar uşaqların alqışları ilə qarşılanıb.

Qeyd edək ki, tədbirin sonunda Daşkənddəki 15 uşaq evi və internet məktəbinə Mədəniyyət Mərkəzinin hədiyyələri təqdim olunub.

Bədii hissədən sonra uşaqlara və yeniyetmələrə Daşkənd şəhərində “Səyahət” restoranında ziyafət verilib.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                                               

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !