Stalinin qaranlıq keçmişi filmi 4 festivalın müsabiqə proqramına daxil edilib - (+FOTOLAR)

“Stalinin qaranlıq keçmişi” filmi 4 festivalın müsabiqə proqramına daxil edilib (+FOTOLAR)

Bu barədə filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib: “”Stalinin qaranlıq kecmişi” sənədli filmi təqdim olunduğu 6 beynəlxalq festivaldan 4 festivalın müsabiqə proqramına daxil edilib. Dördüncü filmim də kino tariximizdə ilk baxışda iz qoydu, kino mədəniyyətimizi, ölkəmizi xaricdə tanıdır.”


Cefalù Film Festival (Italiya)- Seçilmiş, 15 may
International Shorts (Avstraliya)- Seçilmiş, 10 aprel
The Lift-Off Sessions (Böyük Britaniya)- Seçilmiş, 8 aprel
First-Time Filmmaker Session (Böyük Britaniya)- Seçilmiş, 11 aprel

 

Azərbaycanın “SSP Production” şirkətinin ekranlaşdırdığı “Stalinin qaranlıq kecmişi” filmi İtaliyanın Cefalù Film Festival 2019 festivalının proqramına daxil edilib. Festival iyun ayından başlayacaq, film heyəti adı çəkilən festivaldan dəvət alıb. Filmin quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib ki, “Stalinin qaranlıq keçmişi”nə ilk baxış Kannda keçirildi, belə ki, film 19CM4576 kodu ilə qeydiyyatdan keçirilmişdi.

Sənədli filmin redaktoru Əkbər Qoşalıdır, mətni Eldost Bayram oxuyub.

Tarix Stalini qəddar, kapitalizmin ən böyük düşməni, minlərlə insanın ölümünün baiskarı kimi tanıyır. İosif Vissorionoviç Cuqaşvilinin (Stalin) anası onu din xadimi kimi görmək istəyirmiş. Lakin tale elə gətirib ki, Stalin din xadimi yox, böyük imperiyanın ən böyük diktatoru olub.
O dövrdə Stalin deyirmiş ki, onun həyat məktəbi Bakı olub. O, Azərbaycan dilində də danışa bilirmiş. O, Bakı qoçularının ətrafında birləşərək neftxudalardan böyük miqdarda pullar toplayıb.

Stalin Bakıda 7 dəfə çar ordusu tərəfindən həbs edilsə də, o, Bakı qoçularının köməyi ilə Bayıl türməsindən qaça bilib. Buna baxmayaraq 28 aprel 1920-ci ildə - Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra “Koba” ləqəbli Stalini şəxsən tanıyan 200-dən çox Bakı qoçusu bir-bir güllələnib...

 

Cəlaləddin Qasımov

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !