AMEA-nın Polimer Materialları İnstitutunda yanğından mühafizə təlimi keçirilib - (+FOTOLAR)

AMEA-nın Polimer Materialları İnstitutunda yanğından mühafizə təlimi keçirilib (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, bu gün AMEA-nın Polimer Materialları İnstitutunda 2019-cu il üçün təsdiq olunmuş təhlükəsizlik texnikası üzrə illik tədbirlər planına əsasən institutun laboratoriya, şöbə və digər struktur bölmələrinin əməkdaşları üçün nəzərdə tutulan yanğından mühafizə təlimi keçirilib. Həyəcan siqnalı ilə başlayan təlim təhlükəsizlik texnikası və yanğından mühafizə üzrə mühəndis Vaqif İbrahimovun rəhbərliyi ilə həyata keçirilib. Vaqif İbrahimov fövqəladə hadisələr zamanı qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün hazırlığın yoxlanılmasının və təcrübi vərdişlərin aşılanmasının vacibliyi haqda ətraflı çıxış edib.

Sonra binanın daxilində və xaricində baş verə biləcək lokal yanğın hadisəsi əyani şəkildə göstərilib. Yanğının söndürülməsi prosesi elektrik sexinin mühəndisi Fərhad Həsənov tərəfindən tətbiq edilib. Daha sonra Sumqayıt Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin 20 saylı yanğından mühafizə hissəsinin rəis müavini Samir Davidov yanğınsöndürmə balonlarının təyinatı, ümumi quruluşu, istifadə qaydaları haqda ətraflı məlumat verib və institut əməkdaşlarına onlardan istifadə etmə şərtlərini və qaydalarını əyani olaraq göstərib.

Təlim kimya müəssisəsində bütün institut işçilərinə ümumi təhlükəsizlik qaydalarını öyrətmək, xüsusi ilə baş verə biləcək hər hansı bədbəxt hadisə zamanı təhlükəsizlik qaydalarını aşılamaq, laboratoriya işçilərini təhlükəsiz iş metodları üzrə təlimatlandırmaq məqsədi ilə həyata keçirilib.

Tədbirin sonunda institutun direktoru, AMEA-nın m/ü., k.ü.e.d., prof. Bəxtiyar Məmmədov yanğından mühafizə tədbirinin keçirilməsində nümunəvi çıxış və fəal iştiraklarına görə təhlükəsizlik texnikası və yanğından mühafizə üzrə mühəndis Vaqif İbrahimov, elektrik sexinin mühəndisi Fərhad Həsənov, Sumqayıt Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin əməkdaşları Rauf Qasımov və Samir Davidova Fəxri fərman təqdim edib.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                                               

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !