«Nəsimi haqqında nə bilirik» mövzusunda seminar -

«Nəsimi haqqında nə bilirik» mövzusunda seminar

 AZpress.AZ xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu ilin yanvarın 11-də ölkəmizdə Nəsimi ili elan edilməsi haqqında sərəncam imzaladı. Sərəncamda Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik, bədii və fəlsəfi fikirlərində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsinin bugün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb. Eyni zamanda səramcamda göstərildiyi kimi, Nəsiminin anadan olmasının 650 illiyinin qeyd olunmasına həsr olunub. Azərbaycanın mədəni - ədəbi tarixində bu əlamətdar hadisənin dövlət səviyyəsində təşkil edilməsi məqsədilə “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” ölkə başçısının sərəncamı ilə Nazirlər Kabinetinə müvafiq tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılıb.

Nəsimi ilinə töhfə olaraq Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının elmi- tədqiqat lıaboratoriyasında 16 may 2019-cu il tarixində mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsinin öyrənilməsi məqsədi ilə «Nəsimi haqqında nə bilirik» adlı elmi seminar kecirilmişdir. Elmi- tədqiqat Laboratoriyasının müdiri Nuridə İsmayılzadənin rəhbərliyi və təşəbbüsü ilə kecirilən həmin elmi seminarda laboratoriyanın elmi işcisi Sevda İsayevanının dahi Azərbaycan şairi Nəsimi irsininin öyrənilməsi mövzusuna müraciət etməsi laboratoriya kollektivi tərəfindən  dərin maraq və diqqətlə qarşılanmışdır! Sevda xanım öz cıxışında Nəsimi irsinin fəlsəfi dərinliklərindən söz acmış, onun həyat və yaradıcılığı, yaratdığı divanları haqqında öz fikirlərini səsləndirmişdir. Nəsiminin poetik dunyası sonrakı sənət adamlarıını da ruhlandırmış, onun şərəfinə əsərlər yazılmış, film cəkilmişdir. Seminarda görkəmli bəstəkar Fikrət Əmirovun “Nəsimi dastanı” baletindən musiqi nömrələri maraqla dinlənilərək, “Nəsimi” filmindən də fraqmentlərə baxıldı, seminarın sonunda isə müzakirələr oldu. Labortoriyanın elmi işcilərindən fəlsəfə doktoru, dosent Yalcın Abdulla , BMA-nın dosenti, aparıcı elmi işçi Ariz Abduləliyev, Azərbaycanın əməkdar incəsənət xadimi, professor Arif Əsədullayev müzakirələrdə cıxış edərək mövzu haqqında öz fikirlərini bildirdi və Nəsimi yaradıcılığı ilə bağlı ölkənin daxilində və xaricində rastlaşdıqları maraqlı məlumatları kollektivin əməkdaşları ilə bölüşdülər .
 

 Mustafayeva Nazlı

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                               

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !