FİZİKA İNSTİTUTUNUN GƏNC ALİMLƏRİ ZƏNGİLAN RAYON MƏKTƏBİNDƏ GÖRÜŞ KEÇİRİBLƏR - (+FOTOLAR)

FİZİKA İNSTİTUTUNUN GƏNC ALİMLƏRİ ZƏNGİLAN RAYON MƏKTƏBİNDƏ GÖRÜŞ KEÇİRİBLƏR (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) təşkilatçılığı ilə Zəngilan rayon 29 saylı tam orta məktəbdə görüş keçirilib. Görüşdə məqsədelmin populyarlaşdırılması, məktəblilərin fizika elmi sahəsində bilik və bacarıq səviyyəsinin yüksəldilməsi olub. Tədbiri giriş sözü məktəbin direktoru Ayna Zeynalova açıb. O, gənc alimlərlə şagirdlərin görüşünün faydasını vurğulayıb. Bildirib ki, təhsil müəssisəsilərində keçirilən elmi görüşlər, seminarlar məktəblilərin təkcə fizika fənninə deyil, elmə olan marağının artmasına şərait yaradır.

Tədbir GAMŞ-ın sədri, fizika üzrə fəlsəfə doktoru Ülkər Səmədovanın çıxışı ilə davam edib. O, məktəbin rəhbərliyinə yaradılan şəraitə görə minnətdarlığını bildirib. Qeyd edib ki, görüşün keçirilməsində məqsəd gənc alimlərlə şagirdlər arasında ünsiyyətin yaradılması, gənc alim və mütəxəssislərin elmi fəaliyyətləri ilə məktəbliləri tanış etmək və fizika elminin sirlərini onlara nümayiş etdirməkdən ibarətdir.

Daha sonra GAMŞ-ın üzvləri məktəblilər qarşısında çıxış ediblər, onlara müxtəlif elmi təcrübələr nümayiş etdiriblər. Elmi təcrübələr şagirdlər tərəfindən maraqla qarşılanıb, təcrübələrin geniş izahı verilib, suallar cavablandırılıb.

 

Məryəm Rafaelqızı

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )