Sağlam Qida Könüllülərinin 1-ci Respublika Forumuna qeydiyyat başladı -

Sağlam Qida” Könüllülərinin 1-ci Respublika Forumuna qeydiyyat başladı

 AZpress.AZ xəbər verir ki, “Gənclərin Töhfəsi” İctimai Birliyi tərəfindən Azərbaycanda ilk dəfə olaraq 8 iyun 2019-cu il tarixində Hilton oteldə 1 günlük sağlam qida istehsalçıları ilə qida könüllülərini bir araya gətirəcək “Sağlam Qida” Könüllülərinin 1-ci Respublika Forumu keçiriləcəkdir. Forum Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi tərəfindən “Sağlam Gələcək, Sağlam Gənclik!” adlı layihə çərçivəsində həyata keçirilir.

Forumda aidiyyatı üzrə qurumların rəsmi nümayəndələri və qida üzrə peşəkar mütəxəssislərin iştirakı ilə panel müzakirələr keçirilməsi nəzərdə tutulmuşdur. Həmçinin, yeni yaradılmış www.saglamqida.az saytı və zamanda yeni “Sağlam gələcək sağlam qidadan başlayır” adlı kitab təqdim olunacaqdır.

Forumun keçirilməsinin məqsədi insanların, xüsusilə də yeniyetmə və gənclərin zərərli vərdişləri və onların qeyri-sağlam qidalanma nəticəsində düçar olduqları acımasız xəstəliklərdən, günü-gündən gəncləşən ölümlərdən xilas olmaq üçün zərərli vərdişlərdən çəkindirmək, onlarla mübarizə imkanlarının mümkünlüyü, sağlam qidalanma və düzgün həyat tərzilə əlaqədar olaraq ətraflı şəkildə maarifləndirilməkdən ibarətdir.
Sizi “Sağlam Qida” Könüllülərinin 1-ci Respublika Forumunda iştirak etməyə dəvət edirik. Forumda iştirak etmək istəyənlər aşağıda qeyd olunan anket formasını doldurmaqla qeydiyyatdan keçə bilərlər. Seçilmiş iştirakçılara nəticələrlə bağlı məlumat 06 May 2019-cu il tarixinədək məlumat veriləcək.

 

Son qeydiyyat tarixi: 05.06.2019, saat 18:00

 

Ödənişsizdir.

docs.google.com/forms/d/e/1FAIpQLSdhho60uTGmAVbBcQC4ptb1SOY81JNKaByao24JBNs7Q52Xig/viewform

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                                              

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !