Əhalinin həssas qrupları arasında narkomaniya və onun fəsadları haqqında maarifləndirilmə işlərinin aparılması layihəsi davam edir - (+FOTOLAR)

“Əhalinin həssas qrupları arasında narkomaniya və onun fəsadları haqqında maarifləndirilmə işlərinin aparılması” layihəsi davam edir (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi (İB) tərəfindən həyata keçirilən “Əhalinin həssas qrupları arasında narkomaniya və onun fəsadları haqqında maarifləndirilmə işlərinin aparılması” layihəsinin icrası davam edir.

Layihə çərçivəsində vətəndaş cəmiyyətini proseslərə daha fəal cəlb etməklə əhalinin həsas qruplarının narkomaniyaya qarşı mübarizə sahəsində maariflənməsi həyata keçirilməkdədir. Layihənin iş planına uyğun olaraq tədbirlər Azərbaycan Dövlət Pedaqoji Universitetində və Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında cari ilin 15 may və 17 may tarixlərində təşkil olunmuşdur.

Hər iki tədbirdə ölkədəki vəziyyətlə bağlı geniş təqdimatla çıxış edən Ofisin rəhbər müavini, ekspert Leyla Yolçiyeva Azərbaycan Hökumətinin bu mübarizəyə böyük diqqət və marağını ifadə edərək vətəndaş cəmiyyətinin də proseslərə fəal cəlb olunmasının vacibliyini diqqətə çatdırdı. O, bu sahədə görülən işlərə, aparılan tədbirlərə baxmayaraq, hələ də istənilən nəticənin alınmamasını təəssüf hissi ilə bildirmişdir. Onun fikrincə insan alveri və narkomaniyanın təkcə dövlətin deyil, eyni zamanda bütövlükdə cəmiyyətin problemi olması proseslərə QHT-lərin, geniş ictimaiyyətin fəal qoşulmasını zəruri edir.

Məlumat üçün bildirək ki, layihənin əsas məqsədi narkomaniya ilə mübarizədə daha effektiv yolların axtarılıb tapılmasına dəstək olmaq, yeni yanaşmaların təbliğinin həyata keçirilməsindən ibarətdir.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                                               

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !