LƏNKƏRANDA OXU BAYRAMI KEÇİRİLİB - + FOTOLAR (AZpress.AZ, B.Ağaddin)

LƏNKƏRANDA “OXU BAYRAMI” KEÇİRİLİB + FOTOLAR (AZpress.AZ, B.Ağaddin)

Mayın 21-də Lənkəran şəhərindəki General Həzi Aslanov Xiyabanında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan “Oxu Bayramı” keçirilib. Tədbirdə rayonun təhsil, səhiyyə, mədəniyyət işçiləri, gənclər, ziyalılar, ictimaiyyət və KİV nümayəndələri, məktəblilər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Lənkəran Mərkəzləşdirilmiş Kitabxana Sisreminin direktoru, “Tərəqqi” medallı Nuranə Nəsirova ümummilli lider Heydər Əliyevin şərəfli həyat və fəaliyyətindən, kitabxana sahəsinə olan dövlət qayğısından, xüsusilə son dövrlərdə bu sahədə qazanılan uğurlar və yeniliklərdən bəhs edib.
Tədbirdə çıxış edən rayon Ağsaqqallar Şurasının sədr müavini Sərhad Məmmədov, Lənkəran Dövlət Universitetinin professoru Yədulla Ağazadə, şair və yazıçılardan Ağamir Cavad, Hafiz Mirzə, Əli Nəcəfxanlı, Etibar Vəliyev, jurnalist Əlisəfa Həsənov və digərləri müasir cəmiyyətimizdə kitabın və kitabxanaların rolu haqqında ətraflı söz açıblar.
“Oxu bayramı”nın bədii hissəsində rayonun özfəaliyyət kollektivlərinin və məktəblilərin ifasında şeirlər və rəngarəng mahnılar, rəqs nümunələri təqdim olunub.

Qonaqlar ayrı-ayrı tanınmış simalara həsr olunmuş kitab sərgilərii ilə tanış olublar.

Sonda bir qrup fəal oxucuya fəxri fərman verilib.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !