ŞAR-ın Gənc Alimləri orta məktəbdə cari tədris ilində yekun astroseminar təşkil edib - (+FOTOLAR)

ŞAR-ın Gənc Alimləri orta məktəbdə cari tədris ilində yekun astroseminar təşkil edib (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, may ayının 20-si AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının “Gənc Alim və Mütəxəssislər Şurası”nın sədri Rəcəb İsmayıllının rəhbərliyi ilə Rəsədxana əməkdaşları Bakı ş., Yasamal ray., 173 saylı tam orta məktəbdə cari tədris ilinin II yarım ili ərzində hər həftənin 1-ci günləri təşkil edilən astroseminarlara yekun vurulub.

Astroseminarların əsas məqsədi elmin kütləviləşdirilməsi, orta məktəb şagirdləri arasında ilkin astronomik anlayışların formalaşdırılması olub. Bununla əlaqədar gənc alimlər tərəfindən orta məktəblərdə kosmos, Günəş sistemi və cisimləri, ulduzlar, onların xarakteristikaları, qara dəlik və sair mövzularda çıxışlar edilib.

Fizika dərnəyinin rəhbəri, 173 saylı orta məktəbin fizika müəllimi İlhamə Səfərova Şamaxı Astrofizika Rəsədxanasının “Elmin kütləviləşdirilməsi” sahəsində edilən təşəbbüslərini yüksək qiymətləndirib və bu istiqamətdə görülən işlərin gələcəkdə də davam etdirilməsinin əhəmiyyətini qeyd edib.

Daha sonra seminarda Şamaxı Astrofizika Rəsədxanasının kiçik elmi işçisi Vüsalə Əliyeva “Ulduz nədir” mövzusunda çıxış edib. Ulduzların formalaşması və təkamülü haqqında şagirdlərə ətraflı məlumat verib və onları maraqlandıran sualları cavablandırıb.

Seminarın sonunda fərqlənən şagirdlərə hədiyyələr təqdim olunub.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                                              

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !