Leoni Şafer Bakı Musiqi Akademiyasında LOLA audiovizual sistemi ilə tanış oldu - (+FOTO)

Leoni Şafer Bakı Musiqi Akademiyasında LOLA audiovizual sistemi ilə tanış oldu (+FOTO)

AZpress.AZ xəbər verir ki, bu gün  Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında  (BMA) ölkəmizdə səfərdə olan GEANT Assosiasiyası layihələrinin icraçı rəhbəri Leoni Şafer (Leonie Schafer) ilə görüş keçirildi.

Görüşdə BMA-nın Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru, professor Yeganə Axundova, səs mütəxəssisi Azər Hacıəsgərli, AMEA İnformasiya Texnologiyalar İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru  Babək Nəbiyev , institutun 4 saylı şöbəsinin baş mütəxəssisləri  Tural Mustafayev  və  Oqtay Ələkbərov  iştirak edirdilər.

Leoni Şaferin BMA-ya səfərinin əsas məqsədi GEANT-ın (Avropa Elm və Təhsil Şəbəkələri Assosiasiyası) Şərq Tərəfdaşlığı ölkələrini birləşdirən EaPConnect(Eastern Partnership Connect) layihəsi çərçivəsində reallaşdırılan, uzaq məsafədən insanların bir-biri ilə əlaqə yaratmasına imkan verən və sərhədsiz musiqi imkanları təqdim edən LOLA (LOw LAtency – aşağı gecikməli) audiovizual yayım sistemi ilə tanışlıq xarakteri daşıyırdı.

Öncə professor Yeganə Axundova qonağa Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası haqqında məlumat verdi. Bildirdi ki, respublikada ən qədim musiqi təhsil ocağı olan BMA-nın Azərbaycan musiqi mədəniyyətinin inkişafında müstəsna rolu vardır. 

Y.Axundova LOLA audiovizual yayım sisteminin imkanları barədə danışaraq qeyd etdi ki, LOLA layihəsi real zamanda musiqi nümayişlərini təmin etmək məqsədi daşıyır və fiziki olaraq bir-birilərindən uzaq məsafədə olan ifaçı və musiqiçiləri qabaqcıl şəbəkə xidmətləri vasitəsilə onlayn bağlantı ilə bir araya gətirir: “Bu texnologiya müxtəlif coğrafi ərazilərdə yerləşən tədbirlərdə (konsertlər, master- klasslar, tədris və s.) iştirakı zəruri olan ifaçı və musiqiçilərin böyük zaman itkisinə səbəb olan səyahətlərinin onların həmin tədbirlərə onlayn bağlantı vasitəsilə qoşulması ilə əvəzlənməsinə xidmət edir. Məhz LOLA sisteminin akademiyada tətbiqindən sonra BMA ilə Estoniya Musiqi və Teatr Akademiyası arasında yeni əməkdaşlığa dair memorandum imzalanıb, bundan əlavə Latviya, Belarusiya kimi ölkələr birgə layihələrin hazırlanması məqsədilə BMA-ya müraciət ediblər”.

Daha sonra Babək Nəbiyev sistemin İtaliyanın elm və tədqiqat şəbəkəsi olan GARR ilə əməkdaşlıq edən “Giuseppe Tartini” adına musiqi konservatoriyası tərəfindən yaradıldığını diqqətə çatdırdı. Bildirdi ki, hazırda bu sistemə dünyanın 30-dan çox ölkəsi və 80-ə yaxın şəhərindən 107 nöqtədə qoşulma həyata keçirilir.

O, aprelin 18-də AMEA İnformasiya Texnologiyaları İnstitutunun dəstəyi ilə sistemin quraşdırılmasına məsul olan Estoniyalı nümayəndələr ilə birlikdə BMA-da quraşdırılmış LOLA audiovizual yayım sisteminin sınaq rejimində nümayiş olunduğunu qeyd etdi.

B.Nəbiyev sınaqlar zamanı məsafədən idarə olunan texnologiyaya əsaslanan LOLA sistemi vasitəsilə Estoniyada quraşdırılmış sistemlə onlayn bağlantı yaradılaraq bu texnologiyanın musiqi ifası ilə nümayişinin həyata keçirildiyini və 2019-cu il ərzində bu texnologiyanın Azərbaycanda rəsmi təqdimat mərasiminin keçirilməsinin planlaşdırıldığını diqqətə çatdırdı.

Görüşün sonunda Leoni Şafer Şərq Tərəfdaşlığı ölkələrini birləşdirən EaPConnect layihəsi çərçivəsində reallaşdırılan bu audiovizual sistemin BMA-da tətbiqini, İnformasiya Texnologiyaları İnstitutunun bu kimi layihələrə qoşulmasını yüksək qiymətləndirdi.

 

Xəbərlər www.iсt.az saytına istinad olunub.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                                              

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !