Xırdalanda aztəminatlı ailələr üçün iftar süfrəsi açıldı - (+FOTOLAR)

Xırdalanda aztəminatlı ailələr üçün iftar süfrəsi açıldı (+FOTOLAR)

İslamın ən şəfqətli və müqəddəs ayı hesab edilən Ramazan ayında imkansızlara yardm göstərmək, onlara dayaq olaraq bayram sevinci yaşadılması vacib əməllərdən sayılır. Bununla əlaqədar olaraq mübarək Ramazan ayında Abşeron rayonunun kənd və qəsəbələrində imkansız vətəndaşlar üçün iftar süfrələri təşkil olunur.

Növbəti belə bir tədbir Abşeron Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə Xırdalan şəhərində yerləşən «Günay» şadlıq sarayında 150 nəfərin iştirakı ilə keçirilib.

İftar süfrəsində rayonda abadlıq və quruculuq işlərində yaxından iştirak edən təsərrüfat xidmətləri işçiləri və aztəminatlı ailələr
iştirak ediblər. İftar mərasimi axund tərəfindən Qurani_Kərimdən ayələrin və Ramazan duasının oxunması ilə başlanıb. Məcidin axundu müqəddəs kitabımız olan «Qurani Kərim»in bizə nazil olduğu bu ayın fəzilətindən danışıb, süfrə açılmasında əməyi olan hər bir şəxsə öz minnətdarlığını bildirib.

Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini İlham Quliyev və Xırdalan Şəhər Vəkillər bürosunun müdiri Ayxan Rüstəmzadə iftar süfrəsinə təşrif gətirənlərə xoş arzularını bildirib, onları Abşeron rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının rəhbərliyi adından müqəddəs Ramazan bayramı münasibətilə təbrik ediblər.

Qeyd olundu ki, Ramazan həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayıdır. Buna görə də Azərbaycanda və eləcə də Abşeron rayonunda açılan bu iftar süfrələri ölkəmizdə ənənəvi tolerantlığı nümayiş etdirir.  

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )