28 May-"Respublika Günü”nə həsr olunmuş rəssamlıq festivalı keçirilib - +FOTOLAR ( AZpress.AZ - Ə.Mahir)

28 May-"Respublika Günü”nə həsr olunmuş rəssamlıq festivalı keçirilib +FOTOLAR ( AZpress.AZ - Ə.Mahir)

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Nəsimi ili” çərçivəsində “28 May-Respublika Günü”nə həsr olunmuş rəssamlıq istedadına malik olan uşaqların yaradıcılıq duyğularını və bədii zövqünü inkişaf etdirmək, onların yaradıcılığını stimullaşdırmaq, uşaqlarda əhatə olunduqları mədəni mühitə münasibət formalaşdırmaq və ona yanaşma tərzinin təkmilləşdirmək, doğma el-obaya, Vətənə məhəbbət hisslərini aşılamaq məqsədi ilə elan olunmuş “AZƏRBAYCANIM” II RESPUBLİKA UŞAQ RƏSM FESTİVALI May ayının 24-də səhər saat 10:00-da Xətai Rayon İcra Hakimiyyətinin həyətində açıq havada canlı şəkil çəkməklə-plenerlə başladıq.
Tədbiri Mədəniyyət Nazirliyinin Təsviri və tətbiqi sənət sektorunun müdiri Qalib Qasımov açaraq
Festival iştirakçılarını salamladı və uşaqlarla keçirilən belə tədbirlərin əhəmiyyətindən danışdı. Azərbaycan Rəssamlar İttifaqının katibi Ağaəli İbrahimov, Xalq rəssamı Arif Hüseynov, Xətai Rayon İcra Hakimiyyətinin Nümayəndəsi Pənah İmanov və Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov tədbir iştirakçılarına öz xoş arzularını dilədilər.
Uşaqların müxtəlif rəqsləri ilə davam edən plener bitdikdən sonra Dövlət İncəsənət Muzeyinə səyahətlə davam etdi və sonda Xətai Sənət Mərkəzində uşaqların əsərlərinin qiymətləndirilməsi başladı.
I yerə Rəhmanova Ceyran, II yerə Abbaslı Mehin, III yerə Osmanlı Rəsul layiq görüldü, həmçinin 12 uşaq həvəsləndirici mükafata laiq görüldü.
“AZƏRBAYCANIM” II RESPUBLİKA UŞAQ RƏSM FESTİVALI bədii hissəilə başa çatdı. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )