BORADİGAHLILARIN SANKT- PETERBURQDA İFTAR SÜFRƏSİ - ViDEO+FOTOLAR (Peterburq - Fizuli Cavadzadə, Sədail Həbibov - AZpress.AZ)

BORADİGAHLILARIN SANKT- PETERBURQDA İFTAR SÜFRƏSİ ViDEO+FOTOLAR (Peterburq - Fizuli Cavadzadə, Sədail Həbibov - AZpress.AZ)

https://www.facebook.com/groups/232461030668048/

 

Azərbaycanımızın dilbər guşələrindən olan, Cənub zonasının çox füsunkar bir təbiyəti var.Masallı rayonunun Boradigah qəsəbəsi də bu gözəlliyi özündə ehtiva edir.
İnzibati ərazi vahidi üzrə Boradigah qəsəbəsi Mollaoba və Babaser kəndlərini özündə birləşdirir. Ümumi əhalisi 10681 nəfərdir.( 2009).
Boradigah" toponimi haqqında müxtəlif mülahizələr söylənilir. Boradigahı "bura digahdır" (yəni bura kənd yeridir) kimi izah edənlər də var. Daha inandırıcı mülahizəni coğrafiya elmləri doktoru, dosent N.Məmmədov söyləyir. O, "Boradigah" toponimi haqqında yazır: "Toponimin yazılışı "Bırə diqo"dur. Mənası tikanlıqdakı kənd yeri deməkdir. Talışca "Bır" – tikan, "o" – birləşdirici səs, "di" — kənd, "qo" — yer mənasındadır.
XVIII əsrə qədərki tarixi mənbələrdə Boradigah toponiminə demək olar ki, rast gəlinmir. Talış xanlığı inkişaf etmiş, ticarət, sənətkarlıq və mühüm yaşayış məntəqələrindən biri kimi tanınmağa başlayır. Təsadüfi deyil ki, xanlığın ərazi inzibati xəritələrində mühüm yaşayış məntəqəsi kimi Boradigah da göstərilir. Boradigah toponiminə XIX əsrə aid olan mənbələrdə tez-tez rast gəlinir. Belə ki, XIX əsrdə yaşayıb-yaratmış şairlərdən Mirzə Əziz şeirlərindən birində Lənkəran qəzasına məxsus 14 toponim sırasında Boradigahın da adını çəkir:
Mənim də dünyaya göz açdıgım Boradigah qəsəbəsinin sakinlərinin bir qismi dünyanın,o cümlədən Rusiyanın müxtəlif şəhərlərində yaşayırlar.Sankt Peterburqda yaşayan Boradıgahlılar, iftar süfrəsinə dostlarla bir araya gəlmişdilər.
Quran tilavəti ilə başlayan iftaraçdı elə xoş ovqatla da davam elədi. ALLAH tutulan orucları və qılınan namazları qəbul eləsin. Tanrı Azərbaycanımızı hifz eləsin.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )