Azərbaycan Universitetinin nümayəndə heyəti Ağcabədi rayonunda olub - +FOTOLAR ( AZpress.AZ - İ.Mais)

Azərbaycan Universitetinin nümayəndə heyəti Ağcabədi rayonunda olub +FOTOLAR ( AZpress.AZ - İ.Mais)

Ağcabədi rayonu Bayraq Muzeyində “Azərbaycan“ Universitetinin nümayəndələri abituriyentlərlə görüş keçirmişdir.
AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, görüşdə “Azərbaycan” Universitetinin İnformasiya kommunikasiya - texnologiyaları fakültəsinin dekanı, Abituriyent Məsləhət Mərkəzinin rəhbəri Asif Paşayev və “Azərbaycan” Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Lalə Dilənova iştirak etmişdir.
Tədbiri RİHB aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini -dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev giriş nitqi ilə açaraq, qonaqları salamlamış və görüşün mahiyyəti barəsində məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. “Azərbaycan” Universitetinin İnformasiya kommunikasiya - texnologiyaları fakültəsinin dekanı, Abituriyent Məsləhət Mərkəzinin rəhbəri Asif Paşayev və “Azərbaycan” Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Lalə Dilənova çıxış edərək, Azərbaycan Respublikasının ilk özəl universiteti olan “Azərbaycan” Universitetinin təhsil imkanlarından və burada təhsil alan abituriyent tədris olunan yüksək peşəkar təhsil səviyyəsindən ətraflı məlumat vermişlər. Görüşün yekununda abituriyentlərin mövzu ilə bağlı maraqlandıran sualları cavablandırılmışdır.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !