BDU-da 28 May – Respublika Günü qeyd edilib - (+FOTOLAR)

BDU-da 28 May – Respublika Günü qeyd edilib (+FOTOLAR)

Bakı Dövlət Universitetində 28 May - Respublika gününə həsr olunmuş tədbir keçirilib.Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Rektor Elçin Babayev Şərqdə ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, qısa müddət ərzində əldə etdiyi nailiyyətlərdən, dövlət quruculuğu prosesində bir sıra ciddi tədbirlərin həyata keçirilməsindən və 1919-cu ildə Azərbaycan xalqının elm, təhsil və mədəniyyət mərkəzi rolunu oynayan Bakı Dövlət Universitetinin yaranmasından bəhs edib. Ölkəmizin müasir müstəqillik dövründə keçdiyi inkişaf yolu barədə məlumat verən rektor Elçin Babayev Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən danışıb. Ulu Öndərin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinə diqqət çəkən rektor ölkə iqtisadiyyatının sürətli və dinamik inkişafı, Azərbaycanın dünyada müstəqil xarici siyasət yürüdən ölkə kimi tanınması, hərtərəfli inkişaf strategiyası və onun təsirləri barədə də məlumat verib.

Bakı Dövlət Universitetinin kafedra müdiri, AMEA-nın müxbir üzvü, millət vəkili, professor Bəxtiyar Əliyev və universitetin kafedra müdiri, professor Anar İsgəndərov 1918-ci il mayın 28-də xalqımızın görkəmli oğullarının qurduğu Azərbaycan Xalq Cümhuriyyətinin tariximizin şərəfli səhifəsi olduğunu qeyd edərək, müstəqil Azərbaycanın uğurlarından bəhs ediblər.

Tədbir universitet tələbələrinin ifasında bədii hissə ilə yekunlaşıb. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !