Komandir romanının təqdimatı olub - (+FOTOLAR)

“Komandir” romanının təqdimatı olub (+FOTOLAR)

Mayın 18-də Ağdam rayonunun Quzanlı qəsəbəsində ,25 də isə Bakı şəhərində 28 May metro stansiyası yaxınlığında yerləşən "Kitabevim.az " kitab maqazinində yazıçı Şərif Ağayarın qələmə aldığı 2016-cı ilin Aprel döyüşlərində şəhid olmuş Murov Qartalı , polkovnik-leytenant Raquf Orucovun döyüş yolundan bəhs edən “Komandir” romanının təqdimatı olub.
Əvvəlcə yazıçı Şərif Ağayar , müəllifi olduğu əsərin qəhrəmanı – şəhid komandir Raquf Orucov barədə tədbir iştirakçılarına fikirlərini çatdırdı . Bildirdi ki, əsərin qəhrəmanı hər bir gəncimiz üçün mükəmməl örnəkdir. Komandirin döyüş yolu, şəhidlik məqamına ucalması Azərbaycan zabitinin hər an işğal altında olan Vətən torpaqlarını azad etməyə hazır olduğunu göstərir .
1995-ci ildə ön sırada olan taborlardan birinin 6 əsgəri bulağa su gətirməyə gedir. Duman da buralardan əksik olmur. Əsgərlər qatı dumanda azırlar və yalnış yolu gedib düşmənə əsir düşürlər . Murovdakı “N” saylı hərbi hissənin kəşfiyyat bölüyünün komandiri bura yeni təyin olunmuş Orucov idi .
Hərbi hissə komandiri , polkovnik Nəbiyev atəşkəsin pozulmaması , Kəlbəcər tərəfdən "dil" gətirilməsi əmrini verir .

Orucov bu əməliyyat üçün yaradılmış 2 qrupun birinin , ən əsas qrupun rəhbəri vəzifəsini icra edəcəkdi .
Gündüzlər maskalanıb müşahidə aparan , gecələr hərəkət edən qrup Dəmirçidama çatır. Düşmən bölüyünün səhər düzülüşündən axşamacan bütün olub-bitənləri , orada bütün baş verənləri müşahidə edən Orucov və qrup üzvləri gecənin düşməsini gözləyir .
"Kəşfiyyat cibə girməyə bənzəyir . Ən gözlənilməz anda , ən gözlənilməz yerdən hərəkət etməlisən."
Dəmirçidamdakı bölüyün "cibi" də bölük yerləşən binadan 50-60 met aralıda yerləşən taxta tualet idi.
"Dil" ovuna gecə çıxan qrupa 3-4 dəfə itlərin hürməsi mane olur .
Geri qayıdan komandir - "Itləri meşə tərəfə bağlayıblar . Kənd tərəfdən gəlsəm gprməyəcəklər ."
- "Qırğı", çavuş Əsədov - "Tutaq ki , gəldiniz , nə edəcəksiniz?!
- "Kazarmaya girəcəm! "
Gizir Səfərov - "Dəlisiniz ???!!!"
- "Ağıllı adamın burda nə işi var ??"

Komandir qrupdan ayrılıb tək getsə də heç bir cəhdlə əsir gətirə bilmir . Qrup üzvləri ara-bir itlərin səsindən komandirlərinin nə etdiyini təxmin efirdilər .

Əliboş qayıdan qrup geri , ən yaxın postumuza qayıdır . Güünlərdi yol gedən qrupun 1-2 saat dincəlməsinə icazə verən Orucov , bir anda Ermənistana getmək , ordan "dil" gətirmək qərarını verir.
Hələ yollardaykən yeməyi , suyu qurtaran qrup çöldə yeməli olan otları yeyib susuzluqlarını ötüşdürürdülər .
Birdən Ağsaqqal , Mazanov -"Kaş duz olaydı .!"
Gizir Səfərov - "Duzu neynirsən?"
Mazanov -"Qırxbuğumu duzla ovub yeyəndə ləzzətli olur !"
Bunlar kitabdan bir parça idi.

Şərif Ağayarın Murov qartalı , kəşfiyyatçı , polkovnik-leytinant Raqub Orucova həsr etdiyi "Komandir" romanı real faktlar əsasında qələmə alınıb .
Oxucu Yeddixırman və Fərrux dağından enib Cinliyə gələcək . Ordan düşmənə əsir düşməmək üçün Xaçının sahilindəki tənəkliyin içi ilə qaçıb Çulluya pənah aparacaq .
Qara xəbər tez yayılır . Raqub Orucov özünü hardansa yetirmişdi . Qənbərli kəndində Cinli tərəfdən gələnlərdən bir-bir anasını soruşurdu Raqub .

Anasının yerini gənc bir əsgərdən öyrəndi - " Cinlidən gələn yolda qalan qadının meyidini ermənilər görməsin deyə üzümlüyün içinə sürüdüm . "
Anasının meyidini gətirməkçün getdi . Və gətirdi də . Onu Culluda dəfn etdilər
.
Oxucu Raqubla Murovdan kəşfiyyata da "gedəcək ", əsir "gətirib " , ac-susuz qalan oxucu qarda saatlarla maskalanıb "donacaq " da .
Raqubla Ağsafada , Ağcabədidə və doğma Ağdamın da "xidmət edəcək " oxucuların heç birinin broblemi olmayacaq .

{Orucov problemə broblem deyirmiş . }
Və ən nəhayət Orucovla "Ohanyan səddi"ni yaran oxucu , onu öz "Gümüşü işığına" qovuşduğunun şahidi də olacaq .

 

Komandirin bir sözü olub -"Əsl döyüşçünün nəfəsi də ibadətdir."
Siz ömrünüzün 25 ildən çoxunu sadiqliklə o ibadətə həsr etmisiniz .Allah da sizi o müqəddəs zirvəsinə ucaltdı.
Amma kaş sizə atəş altından , ən əsası meyidi düşmən əlinə keçməmək üçün heç bir təhlükəyə baxmadan ananızı və yolda rast gəldiyiniz ağacdan asılmış əsgərimizin meyidini gətirmək üçün 2 dəfə getdiyiniz o torpağacan açıq-aşkar getmək nəsib olaydı.
Əziz komandir , siz məzarını ziyarət edə bilmədiyiniz ananıza Çəmənlidə "Yasin" oxunmasının əlehinə olmusunuz .
Bəs bizlər ...

Qisası alınmayan sizlərin məzarını necə ziyarət edək. ??!!
Allah heç bir Azərbaycanlının ürəyindəki qisas alovunu söndürməsin. !!!
Mərasimin sonunda iştirakçılara “Komandir” romanı hədiyyə edildi .  

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !