Respublika Gününə həsr olunmuş “Gənclik üçün oxu” və “Musiqimiz” layihələri təqdim olunub - (+FOTOLAR)

Respublika Gününə həsr olunmuş “Gənclik üçün oxu” və “Musiqimiz” layihələri təqdim olunub (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, 26 may 2019-cu il tarixində 28 may Respublika Gününə həsr olunmuş “Gənclik üçün oxu” və “Musiqimiz” layihələrinin təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin icraçı direktorunun müavini, layihə rəhbəri Murad Ağabəyli hər iki layihənin məqsədi və icra prosesi haqqında geniş məlumat verib. Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov çıxış edərək Fondun gənclər üçün yaratdığı imkanlardan, eləcə də, layihənin önəmindən bəhs edib.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin aparat rəhbərinin
müavini, beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə çıxışında nazirliyin mədəniyyət sahəsində gənclərdən gələn ideyaların dəstəklənməsində maraqlı olduğunu, bu cür əməkdaşlıqların davamlı olacağını qeyd edib.

Daha sonra hər iki layihə çərçivəsində hazırlanmış kliplərin təqdimatı baş tutub, iştirakçılara təşəkkürnamə və hədiyyələr verilib.

“Gənclik üçün oxu” və “Musiqimiz” layihələrinin əsas məqsədi Azərbaycanın klassik əsərlərinin gənclər arasında təbliği, onlar arasında vətənpərvərlik ideyalarının gücləndirilməsi, gənc musiqiçilərin ictimaiyyətə tanıdılmasından ibarətdir.

“Gənclik üçün oxu” layihəsində ümumilikdə 40-dan çox musiqiçi iştirak edib. Musiqisi Müslüm Maqomayevə, sözləri Nəbi Xəzriyə aid “Azərbaycan” mahnısı yeni formada aranjiman olunaraq, gənclər tərəfindən ifa edilib, daha sonra klip çəkilişləri baş tutub.

“Musiqimiz” layihəsində Fikrət Əmirovun “Poema Monoloq” əsəri gənc musiqiçilər tərəfindən violonçel və pianoda ifa edilib.

Qeyd edək ki, “Gənclik üçün oxu” layihəsi Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, “Musiqimiz” layihəsi isə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Cavan” Gənclər Hərəkatı İctimai Birliyi tərəfindən həyata keçirilib.

Hər iki layihənin davamlı olaraq həyata keçirilməsi nəzərdə tutulur.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                                               

 

 

 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +  F  O  T  O   
çəkilişlərini aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L       E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 
* * *
 
 
 
 
 
 
 
  !  © Müəllif hüquqları qorunur !
Məlumatdan istifadə etdikdə istinad mütləqdir !
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!