28 May Respublika Gününə həsr olunmuş hesabat konserti keçirilib - +FOTOLAR ( AZpress.AZ - İ.Rüstəm)

28 May Respublika Gününə həsr olunmuş hesabat konserti keçirilib +FOTOLAR ( AZpress.AZ - İ.Rüstəm)

AZpress.AZ xəbər verir ki, Mayın 24-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Qara Qarayev adına Mərkəzi incəsənət məktəbinin 28 May Respublika Gününə həsr olunmuş hesabat konserti keçirilib.

Öncə musiqişünas Nərgiz Kərimova giriş sözü ilə çıxış edərək Q.Qarayev adına Mərkəzi incəsənət məktəbinin istedadlı şagirdlərinin müsabiqələrdə yüksək yerlərə layiq görülmələrindən, bir çox uğur və nailiyyətlərdən danışıb.

Müsabiqə və festivallarda yüksək yerlərə layiq görülmüş şagirdlərin Respublikanın Xalq artisti, dirijor Rauf Abdullayevin rəhbərliyi və Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestrinin müşayiətilə ifa etdikləri əsərlər qonaqlar tərəfindən alqışlarla qarşılanıb. Proqrama Y.Haydn, V.Motsart, F.Mendelson, Y.Sibelius,S. Raxmaninov, Herbert L. Klark, H. Xanməmmədov, T. Bakıxanovun yüksək peşəkarlıq tələb edən əsərləri daxil edilib.

Musiqi ocağının istedadlı şagirdi və Prezident təqaüdçüsü Zərrin Əliyeva (violin), respublika və beynəlxalq müsabiqələr laureatı Nərgiz Əliyeva (fortepiano) Q. Qarayev adına Mərkəzi incəsənət məktəbinin kollektivi adından sonuncu dəfə çıxış edib. Gənc pianoçular: Aylin Babayeva, Səyyarə Əliyeva, Münəvvər Alıyeva, Nigar Rəhimova (vokal), Mehriban Quliyeva (qanun), Əlipaşa Şahgəldiyev (trompet), Kənan Namazovun (tar) böyük səhnədə çıxışları rəğbətlə dinlənilib.

Tədbir zamanı Q.Qarayev adına Mərkəzi incəsənət məktəbinin 2018-2019-ci tədris ilinin uğurla başa vurmasını, bir çox uğur və nailiyyətlərini əks etdirən foto-slayd nümayiş etdirilib. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !