ASAN Radioda Azərbaycan tarixi adlı layihə davam edir - (+VİDEO)

ASAN Radioda “Azərbaycan tarixi” adlı layihə davam edir (+VİDEO)

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun ASAN Radio ilə birgə həyata keçirdiyi “Azərbaycan tarixi” adlı layihə davam edir.

Tarix İnstitutundan verilən məlumata görə, layihə Azərbaycan tarix elmini populyarlaşdırmaq və ictimaiyyəti maarifləndirmək məqsədi daşıyır.

Layihə çərçivəsində tariximiz Azərbaycançılıq məfkurəsinə əsasən buraxılışlar şəklində qədimdən müasir dövrədək ictimaiyyətə təqdim edilir. Növbəti buraxılış Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə həsr olunub. Ekspert qismində isə Tarix İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Natiq Məmmədzadə çıxış edib.

Layihənin baş məsləhətçisi Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, ideya müəllifi və prodüseri isə ASAN Radionun direktoru Emin Musəvidir. Buraxılışların mətnini hazırlayan araşdırmaçı jurnalist Aida Eyvazlı, redaktoru isə ASAN Radionun baş redaktoru İlkin Kərimovdur.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !