Azərbaycanlı rejissorun filmi Qızıl Hollywood Beynəlxalq Film Festivalında - (+FOTOLAR)

Azərbaycanlı rejissorun filmi Qızıl Hollywood Beynəlxalq Film Festivalında (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, “Edam günü” tammetrajlı bədii filmi ABŞ-ın Kaliforniya ştatının Los Anceles şəhərində keçirilən“Golden Hollywood International Film Festivalda bədii filmi kateqoriyası üzrə 14 film seçilib və qızıl mükafat uğrunda mübarizə aparacaq. Festivalın Golden Hollywood Grand Jury Mükafatına 1000 ABŞ dolları dəyərindəki pul mükafatı, dünya film bazarına yerləşdirilmə və digər mükafatlar daxildir.
Bu barədə filmin ssenari müəllifi və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib. O bildiribki, “Edam günü” psixoloji trillerində hadisələr Sovet dövrünün son illərində həbsxanada cərəyan edir.

C.Qasımov deyibki, bu filmin çəkilməsinin əsas məqsədi bütün gənclərin içərisindəki istedadı üzə çıxarmaq, onların qabiliyyətini geniş kütləyə göstərməkdir. “Ekran əsərində məhkum olunmuş bir dustağın kamerada yaşadığı həyəcanlı anlar əks olunub. Filmin ssenarisini yazarkən Bayıl həbsxanasında keçmiş Sovet dövründə işləmiş işçilərlə görüşüb maraqlı məlumatlar toplamışam”, - deyə ssenari müəlli fibildirib.
Filmdə baş rollarda Rövşən Kərimduxt, Sabir Məmmədov, Məmməd Əliyev, Nazil Ağalarov, Ramin Şıxəliyev, Soltan Qasımov, Hikmət Məmmədov, Vüqar Qurbanov və digərləri çəkiliblər. Filmin quruluşçu operatoru Mehdi Yaqubovdur. “SPP Production” tərəfindən istehsal edilən ekran əsərinin xronometrajı 95 dəqiqədir.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                                               

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !