Əqli Mülkiyyət Agentliyi Azərbaycanda Amerika Ticarət Palatasının Prezidentini qəbul edib - (+FOTO)

Əqli Mülkiyyət Agentliyi Azərbaycanda Amerika Ticarət Palatasının Prezidentini qəbul edib (+FOTO)

 AZpress.AZ xəbər verir ki, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham)Prezidenti Nuran Kərimovuqəbul edib.

Qonağı salamlayan K.İmanov əqli mülkiyyət məsələlərinin prioritet istiqamət olaraq “Azərbaycan 2020: Gələcəyə baxış” Milli Konsepsiyasına daxil edilməsi vədövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə əqli mülkiyyət sahəsində ölkəmizdə aparılan geniş instisuional islahatlar barədə danışaraq ABŞ şirkətlərini təmsil edən qurumun biznes sektorunda da əqli mülkiyyət mədəniyyəti səviyyəsinin artırılması sahəsində Agentliklə əməkdaşlıq etmək səylərini yüksək qiymətləndirib. O, bu günlərdə AmCham tərəfindən verilmiş Bəyanata, eyni zamanda hazırlanmış “White Paper” sənədində əqli mülkiyyətlə bağlı problemlərin əks olunmasına toxunub.Bunu təqdirəlayiq addım hesab etdiyini vurğulayan K.İmanovbelə sənədlərin hazırlanması zamanı Agentliklə daha sıx əməkdaşlıq edilməsinin səmərəli olacağını və ümumiyyətlə, ölkəmizdə əqli mülkiyyət hüquqlarının qorunmasının Azərbaycan iqtisadiyyatı üçün əhəmiyyət kəsb etdiyini bildirib.

Qəbul üçün təşəkkür edən N.Kərimov qeyd olunan iradların haqlı olduğunu və bunun indiyədək qurumlar arasında əməkdaşlığın olmaması ilə əlaqələndirib. AmCham-ın işindən danışan qonaq Prezident İlham Əliyevin dəstəyi sayəsində təşkilatın fəaliyyətinin genişləndiyini, ölkədə iqtisadi vəziyyət yaxşılaşdıqca vətəndaşların əqli mülkiyyət məsələlərinə diqqətinin artdığını diqqətə çatdırıb.

Agentliyin rəhbəri görülən tədbirlər nəticəsində 2005-ci illə müqayisədə Azərbaycanda proqram təminatı sahəsində piratçılığın səviyyəsinin 96%-dən 74%-ə düşdüyünü və ölkəmizin hələ 2006-cı ildə əqli mülkiyyət hüquqlarının təminatı sahəsində irəliləyişlərə görə ABŞ-ın Ticarət Nümayəndəliyinin Ofisinin Xüsusi 301 Hesabatından çıxarıldığını vurğulayaraq cari ilin mayın 17-də Azərbaycan-ABŞ İqtisadi Tərəfdaşlıq Komissiyasının 4-cü iclası zamanı da əqli mülkiyyət məsələlərinin müzakirə edilməsi haqqında məlumat verib. O, ABŞ-ın ölkəmizin iri ticarət partnyorlarından biri olduğundanAmerika şirkətləri tərəfindən Azərbaycanda patent və əmtəə nişanlarının qeydiyyatı üçün böyük potensialın olduğunu qeyd edərək yaxın günlərdə Əqli Mülkiyyət Agentliyində ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndələri ilə görüşün keçiriləcəyini və əqli mülkiyyət ilə bağlı məsələlərin daha geniş müzakirə ediləcəyini bildirib.

K.İmanov “White Paper”-nin paralel idxal, kontrafakt malların idxalı, patent müvəkkillərinin hazırlanması ilə bağlı bölmələrində əqli mülkiyət məsələlərinə toxunulduğunu qeyd edərək Agentliyin əqli mülkiyyət hüquqlarının qorunması sahəsində digər dövlət qurumları ilə əməkdaşlıq etdiyi, o cümlədən Dövlət Gömrük Komitəsinə paralel idxal, o cümlədən ölkəyə idxal olunan kompüterlərin lisenziyalı proqram təminatları ilə təchiz olunaraqsatışına icazə verilməsi ilə bağlı təkliflərin hazırlandığını, ABŞ-ın iri texnoloji şirkətləri ilə bu sahədə fəal əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu xüsusi vurğulayib, Agentlikdə rəqəmli hüquqların idarə olunması üzrə DRM sisteminin qurulması, eyni zamanda patent müvəkkillərinin hazırlanması ilə bağlı işçi qrupun yaradılması və yaxın zamanlarda patent müvəkkillərinin seçilməsi üzrə imtahanın keçirilməsinin nəzərdə tutulmasıbarədə danışıb.

Görüşdə həmçinin gələcək əməkdaşlıq perspektivləri, o cümlədən Agentliyin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzində AmCham-ın nümayəndələri üçün Agentliyin maddi-texniki və məlumat bazalarından istifadə etməklə təlimlərin təşkil olunması, birgə tədbirlərin keçirilməsi və sair məsələlər müzakirə olunub.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                                               

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !