28 May - Respublika Gününü ilə əlaqədar olaraq Türkiyənin tanınmış yazarı Məryəm Aybikə Sinan ilə görüş keçirildi - (+FOTOLAR)

28 May - Respublika Gününü ilə əlaqədar olaraq Türkiyənin tanınmış yazarı Məryəm Aybikə Sinan ilə görüş keçirildi (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, bu gün 28 May - Respublika Gününü ilə əlaqədar olaraq Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar İttifaqının Təşəbbüsü ilə Azərbaycan Respublikası III (2005) və IV (2010) çağırış Milli Məclisinin deputatı, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Hindistan, Azərbaycan-Türkiyə, Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan milli nümayəndə heyətinin üzvü – Qənirə Paşayeva və Türkiyənin tanınmış yazarı Məryəm Aybikə Sinan ilə görüş keçirildi.

Tədbiri giriş sözü ilə açan institutun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov hamını Respublika Günü münasibəti ilə təbrik etdi və Milli Məclisin deputatı Qənirə Paşayevaya dəvətimizi qəbul etdiyinə görə minnətdarlığını bildirdi.

Sonra Qənirə Paşayeva qeyd etdi ki, xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci il mayın 28-i hər bir Azərbaycan vətəndaşının milli qürur hissi duyduğu, arzularının çiçək açdığı bir gündür. Əsrlərlə azadlıq və müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı ötən əsrin əvvəllərində bu işıqlı may günündə arzusuna qovuşdu. Şərqdə ilk dəfə azad, demokratik, dünyəvi dəyərlərə söykənən müstəqil bir respublikanın yarandığı dünyaya bəyan edildi. Xalqımız 1918-ci il mayın 28-də Çar Rusiyasının bir əsrdən artıq davam edən müstəmləkə əsarətindən azad oldu, Şərqin ilk demokratik respublikasının təməlini qoydu. Həmin gün Azərbaycan Milli Şurasının iclasında İstiqlal Bəyannaməsi qəbul edildi. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması XX əsrdə xalqımızın həyatında yeni bir mərhələ, tarixi hadisə oldu.

Sonda qonaqlara institutun HİK tərəfindən hədiyyələr təqdim olundu. Qənirə Paşayeva “Allah sevən qəlblərdədir” kitabını və Məryəm Aybike Sinan isə “Raziye Begüm Sultan”, “Aşk-ı Revan” kitablarını institutun əməkdaşlarına hədiyyə etdi.


Aynurə M. Cəfərova

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                                               

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !