Biz fərqli deyilik adlı xeyriyyə tədbiri keçirilib - + FOTOLAR (AZpress.AZ - İ.Rüstəm)

Biz fərqli deyilik adlı xeyriyyə tədbiri keçirilib + FOTOLAR (AZpress.AZ - İ.Rüstəm)

AZpress.AZ xəbər verir ki, Bakı şəhər Uşaq Psixonevroloji Mərkəzində “Dəstək olaq” Uşaq və Gənclərin Xeyriyyə təşkilatının təşəbbüsü ilə Biz fərqli deyilik adlı xeyriyyə tədbiri keçirilib.

Tədbirdən öncə qonaqlara Uşaq Psixonevroloji Mərkəzinin uşaqlarının əl işindən ibarət sərgi təqdim olunub.
Sonra qonaqlara 1İyun Uşaqların Beynəlxalq Müdafiə Gününə həsr olunan tədbirin mahiyyətindən danışılıb. Layihənin rəhbəri Aşura Hüseynova bildirilib ki, məqsəd Autizm,Daun sindromu,Serebral iflic və digər fiziki və əqli məhdudiyyətli uşaqları ziyarət edərək,onları əyləncəli proqramlarla sevindirmək, ziyarətə gələn öz yaşıdları ilə birgə onların asudə vaxt keçirməklərini təmin etməkdir.

Tədbirdə çıxış edənlər gələcəyimiz olan uşaqların ölkəmizin gələcəyində böyük yer tutacaqını vurğulayıblar. Xüsusi qayğıya ehtiyacı olan uşaqları ziyarət etmək hər birimizin vətəndaşlıq və insanlıq borcu olduğu önə çəkilib.
Xatırladaq ki, tədbirdə tamaşaçılar tərəfindən sevilən televiziya aparıcısı və xeyriyyəçi Hacı Nuran,Sosioloq Zəminə Səfərova,Əsa teatrının bədii rəhbəri Nihat Qulamzadə,ADA Universitetinin tələbələri ,Bakı Şəhər 245 saylı məktəbin şagird və müəllim kollektivi iştirak ediblər.
Proqram 245 saylı məktəbin şagirdlərinin və Uşaq Psixonevroloji Mərkəzinin uşaqlarının çıxışlarından ibarət musiqi və rəqs nömrələri ilə davam edib. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !