Əflatun Amaşov Milli Məclisdə yeni təkliflə çıxış etdi... -

Əflatun Amaşov Milli Məclisdə yeni təkliflə çıxış etdi...

"Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanun layihəsinin «Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olması» adlı 20-ci maddəsinə əlavə ilə bağlı fikrimi bildirmək istərdim. Konkret olaraq söhbət əlavə təklif edilən 20.3-cü maddədən gedir.

Açığı, məsələnin belə qoyuluşu bir qədər anlaşılmaz gəldi. Maddə Azərbaycan Respublikasının vətəndaşlığı ilə yanaşı, digər dövlətin və ya dövlətlərin vətəndaşlığını daşıyan şəxsin Azərbaycan Respublikasının ərazisində olduğu dövrdəki bir növ qalma müddətini tənzimləyir.

Qanunumuz ikili vətəndaşlığa yol vermir. Bu aydındır. Əgər hansısa azərbaycanlı digər bir ölkənin, yaxud ölkələrin vətəndaşlığını daşıyırsa və bu şəxs Azərbaycana gəlirsə, avtomatik olaraq xarici ölkə vətəndaşı statusunda gəlir. O, faktiki olaraq vətəndaşlıqdan çıxıb. Bəli, olur, bir şəxs xarici ölkənin vətəndaşıdır, ancaq Azərbaycan vətəndaşlığını da saxlayır. Belə başa düşdüm ki, əlavə məhz bununla bağlıdır. Əgər belədirsə, hesab edirəm ki, məsələni daha açıq formada qoymaq olardı. «Azərbaycan Respublikasının vətəndaşlığı ilə yanaşı, digər dövlətin vətəndaşı olan şəxsin Azərbaycan Respublikasının ərazisində olduğu dövrdə Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə» kimi yazılış yenə də deyirəm, qarışıqlıq yaradır. Sual olunur, nəyə görə vətəndaşlığa xitam Azərbaycanda olduğu dövrdə verilməlidir? Və ya hansısa azərbaycanlı başqa ölkənin vətəndaşı olursa, nəyə görə o, ölkəmizə Azərbaycan vətəndaşı kimi də gələ bilir? Yəni nə üçün sistemimiz onu əcnəbi kimi tanımır? Digər tərəfdən, əgər həmin şəsx Azərbaycandadırsa, necə müəyyənləşdiriləcək ki, o, başqa ölkənin də vətəndaşıdır və ona əcnəbi olduğuna dair məlumat veriləcək?

İstərdim ki, məsələyə aydınlıq gətirilsin. Buna görə də əlavənin yenidən daha uyğun variantda işlənməsini təklif edirəm.

Digər bir məsələni diqqətə çatdırım. Məlum olduğu kimi, qanunun əsasən geriyə qüvvəsi yoxdur. Qüvvəyə mindiyi dövrdən sonrakı məsələləri tənzimləyir. Qanunumuzda ikili vətəndaşlığın yolverilməzliyi göstərilməzdən əvvəl də bizim bəzi vətəndaşlarımızda ikili vətəndaşlıq olub. Hesab edək ki, bu əlavəni qəbul etdik. Maraqlıdır, bu əlavə ikili vətəndaşlığı olan soydaşlarımıza şamil ediləcəkmi?

Yeri gəlmişkən, bununla bağlı bir məsələni də qeyd etmək istərdim. Əvvəllər də bu barədə söz açmışam. Azərbaycan xaricdə yaşayan azərbaycanlıların hamısının vətənidir. Biz elə mexanizm tətbiq etməliyik ki, hansı ölkənin vətəndaşı olmasından asılı olmayaraq, öz vətəninə gəlmiş azərbaycanlı digər əcnəbilərdən fərqlənsin. Onlar qanunlarımızdakı bu sayaq dəyişikliklərdən əziyyət çəkməsinlər". 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

***************************************************************************************
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +  F  O  T  O    
ç ə k i l i ş
-lərini
aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 ***************************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )