Afətlə meyxanaçının qalmaqalı böyüyür... -

Afətlə meyxanaçının qalmaqalı böyüyür...

“İstəsəm Namiq Qaraçuxurluya daş ataram, sənə niyə atım?”

Müğənni Afət Fərmanqızı yenidən sosial şəbəkədə videogörüntü ilə müraciət yayaraq meyxanaçı Aqşin Fatehə cavab ünvanlayıb.

Musavat.com bildirir ki, müğənni meyxanaçının onu təhdid etdiyini deyib: “Hamınıza məlumdur ki, meyxanaçı televiziyaya çıxaraq şou-biznesdəki qadınların 90 faizinin əxlaqsız və pozğun olduğunu deməklə gündəmə gəlmək istəmişdi. Bu məndə ikrah hissi yaratdı və mənim alnım açıq olduğu üçün cavab vermək istədim. O adam cavab verə bilmir ki, onun səhv davranışları var.

Birincisi mən elə düşündüm ki, biz barışdıq. O, məni aldatdı, telefonda mənimlə çox gözəl danışdı. Hətta sərt danışdığım üçün mən utandım. Amma sonra gördüm ki, yox mən az demişəm. Dünən məni təhdid etdi ki, “əgər video olarsa, gör nə olacaq!” İndi mən də video çəkirəm, görüm nə olacaq. Gündəmə gəlmək istəsəm Namiq Qaraçuxurluya daş ataram, sənə niyə atım?!

Məgər kişi müğənnilərdə olan maşın bizdə ola bilməz? Hamının gözəl bağ evləri, maşınları var. Niyə bunu pozğunluğa yozursunuz?

Mən halal pulumla qazanıb balamı dolandırıram. O, nə haqla şou-biznesdəki qadınların 90 faizini əxlaqsız adlandır?”

Xatırladaq ki, artıq bir neçə gündür ki, müğənni Afət Fərmanqızı ilə meyxanaçı Aqşin Fateh arasında qalmaqal yaşanır. Buna səbəb isə meyxanaçının müğənnilər haqqında dediyi kəskin sözlər olub: “Müğənnilərin 90 faizi bilinmir nədir: nə ətdilər, nə balıq. Hərənin bir baxış tərzi var. 85 faizi yeməyini, maşınını, bağını İnstaqramda reklam edir. Hamiləni, kasıbı, acı, aşağı səviyyədə yaşayan insanları nəzərə almırlar. Demirlər ki, bu gün özümü göstərirəm, kimsə baxıb deyər, bəxtəvər bunun başına.

Elə pozğun müğənnilər var ki, onların lüks həyatı, geyimi, maşını, şəraiti uşaqlara təsir edir. Körpə baxıb düşünür ki, belə evdə yaşamaq, bahalı maşın sürmək, imkanlı olmaq üçün həmin müğənni kimi etməliyəm. Çoxları müğənniyə baxıb ibrət götürür".

Müğənni isə ona cavab olaraq sosial şəbəkədə avtomobili ilə fotosunu paylaşaraq ona cavab vermişdi: “Bu maşını Namiq Qaraçuxurlu, Ədalət Şükürov, Manaf Ağayev və başqaları necə alıbsa, məndə də o cür olub. Son vaxtlar hansı müğənninin bahalı maşını, evi varsa, pozğun adlandırırlar. Hünəri çatırsa ad çəksin, ümumi danışıb bu sənəti gözdən salmasınlar. Kişi kişi ilə savaşar. Yoxsa ona-buna söz ataraq meyxana adına ləkə gətirməz. Gedin Ağamirzədən, Kərimdən kişilik öyrənin”.

Müğənni sonradan sosial şəbəkədə meyxanaçı ilə barışdığını desə də, qalmaqal yenidən qızışmağa başlayıb.

 

Xalidə,
Musavat.com 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !