Məhrumiyyətdən hürriyyətə adlı ilk sənədli filmin təqdimat mərasimi keçirilib - (+FOTOLAR +VIDEO )

“Məhrumiyyətdən hürriyyətə” adlı ilk sənədli filmin təqdimat mərasimi keçirilib (+FOTOLAR +VIDEO )

 AZpress.AZ xəbər verir ki, tədbiri giriş sözü ilə açan Universitetin sosial və humanitar məsələlər üzrə prorektoru Fikrət Rzayev 28 May tarixinin Azərbaycan üçün əhəmiyyətindən danışaraq bildirdi ki, sovet tarixşünaslığında Azərbaycan Cumhuriyyəti pantürkist və panislamist dövlət kimi xarakterizə edilirdi. Məhz bu səbəbdən dolayı Cumhuriyyət tarixinin yenidən və daha dəqiqliklə öyrənilməsinin vacib olduğunu düşünürəm. Fikrət Rzayev həmçinin Xəmsə sənədli filmlər layihəsinin müəllifi Kənan Həmzəoğlu haqqında qeyd etdi ki, Kənan Xəmsə layihəsinə daxil olan beş filmin həm rejissoru, həm operatoru, həm ssenari müəllifi, həm diktoru olmaqla yanaşı eyni zamanda bu filmlərin montajını da təkbaşına tamamlamaqla oldquca ağır bir məsuliyyətin öhdəsindən gəlib. Odur ki biz onun bu addımı təqdirəlayiq hesab edir və ona uğurlar arzu edirik. Kənan Həmzəoğlu isə öz çıxışı zamanı Cumhuriyyət qurucularının keşməkeşli talelərindən və Azərbaycan Cumhuriyyətinin şərqin dövlətçilik ənənələrinə bəxş etdiyi tövhələrdən söz açaraq Azərbaycan Cumhuriyyətinin 101-ci il dönümünə həsr etdiyi “Məhrumiyyətdən hürriyyətə” adlı sənədli film tədbir iştirakçılarına nümayiş etdirildi. Filmin nümayişindən sonra Azərbaycan Cumhuriyyətinin qurucusu, Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə çıxış edərək Kənan Həmzəoğluna öz təşəkkürünü bildirdi və uğurlar arzuladı.Daha sona Respublika səviyyəsində tanınmış tarixçilər, mədəniyyət işçiləri və ictimai xadimlər çıxış edərək Azərbaycan Cumhuriyyəti və “Məhrumiyyətdən hürriyyətə” adlı sənədli filmlə bağlı öz təəsüratlarını bölüşdülər. Sonda qonaqlarla xatirə şəkili çəkdirilib.

 

www.youtube.com/watch

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                                                       

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !