Ənənəvi “GÜMÜŞ NAR” festival keçirilib - +FOTOLAR ( AZpress.AZ - İ.Rüstəm)

Ənənəvi “GÜMÜŞ NAR” festival keçirilib +FOTOLAR ( AZpress.AZ - İ.Rüstəm)

AZpress.AZ xəbər verir ki, 31 may 2019-cı il tarixində Azərbaycan Dövlət və Mədəniyyət Universitetinin I-ci korpusunun həyətində Rəssamlıq fakültəsinin tələbələrinin semestr üzrə yekun hesabat sərgisi – ənənəvi “GÜMÜŞ NAR” festival keçirilmişdir.

Sərgidə tələbələrin 100 yaxın əsəri nümayiş edilib. Burada qrafika, yağlı boya, akvarel, guaş, bədii tekstil, ağacoyma, şəbəkə texnikalarında işlənmiş əsərlər fakultənin tələbələrinin akademik bilik və vərdişləri ilə yanaşı, onların fərdi xüsüssiyyətləri, bədii nailiyyətləri haqqında ətraflı məlumat verir. Sərgidə təqdim olunan işlər rəssam, qrafik, dizayner, xalçaçı tələbələrin formalaşmasında mühüm rolu olan ustad müəllimlər tərəfindən seçilib. Seçki komissiyasının sədri Xalq rəssamı, professor Arif Əziz olmuşdur. Sərginin təşkilinə və bədii tərtibatında “Dizayn və Dekorativ tətbiqi sənət” kafedrasının baş müəllimi Gülnaz Mədətova rəhbərlik etmişdir.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )