Seyran Səxavət: - "Xəyalə Sevil, qoy səni Sözlər aparsın..."

Seyran Səxavət: "Xəyalə Sevil, qoy səni Sözlər aparsın..."

Hörmətli Xəyalə Sevil!
Mənə verdiyin yazıları oxudum, sevindim. İndi adamlar nadir hallarda sevinə bilirlər. Bizim kimi adamların taleyinə isə bu dünyada ancaq sözlə sevinmək yazılıb- yazan belə yazıb, neyləmək olar, əlqərəz...
Böyük, təkrarolunmaz və bənzərsiz şairimiz Ramiz Rövşən haqqındakı essedə yazırsan:

“Hər Ramiz Rövşən imzalı şeir oxuyanda mənə elə gəlir ki, indicə ürəyim başı aşağı çevriləcək və ürəyimin bütün daşları töküləcək...”

Necədi? Oxuyanlar desin.
Xəyalə hələ çox cavandı; onun hələ sözlə əl-ələ tutuşub baxça uşaqları kimi oynayan vaxtıdı. O, həm də Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyinin xətti ilə fəaliyyət göstərən “Gənc Ədiblər Məktəbi”nin üzvüdür.
Xəyalə, “Daş” şeirində gözəl demisən:

 

“Yanağım yenə susadı, göz yaşına”

 

Sərras və yumşaq deyilmiş bu sözlər doğulanda üzü taleyə doğulub.
Başqa bir şeirində deyirsən:

 

"Anamın əlləri qocalır yaman,
Əllərinə cavan qırışlar düşür.
Aybaay, günbəgün, saatbasaat
Cavanlığı barmağından sürüşür."

 

Bu misraların rəngarəng həssaslığına iynənin ucu böyda şübhə eləyən varsa, onun özü, necə deyərlər “şübhəli şəxs qismindədir” və ən azı xəbisdir. Və mən heç kimə fikrimi sırımaq fikrində deyiləm.
Elə həmin şeirdən:

 

"Anamın əlləri qocalır yaman,
Ömrümü o qoca əllərə yazın.
Ölsəm, ruhumu da yaşadar mənim,
Qəbrimi anamın əlində qazın."

 

Mən niyə misallar gətirirəm axı... Seir haqqında danışmazlar, şeiri oxuyarlar.
Oxuyun də!
Xəyalə Sevil, “Apardı sellər Saranı”. Hamını sel aparmaz ki... Qoy səni də Sözlər aparsın.


Seyran Səxavət
yazıçı 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !