Bölgə əhalisinin içməli su təchizatının yaxşılaşdırılması tədbirləri davam etdirilir - (+FOTOLAR)

Bölgə əhalisinin içməli su təchizatının yaxşılaşdırılması tədbirləri davam etdirilir (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində bölgə əhalisinin içməli su təchizatının yaxşılaşdırılması tədbirləri davam etdirilir. Salyan şəhərininin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində şəhərin Babazanlı yaşayış massivində yeni içməli su təchizatı infrastrukturu yaradılıb.

Müqəddəs Ramazan bayramı və 5 iyun – “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı ərəfəsində Salyan şəhərinin Babazanlı yaşayış massivində yeni yaradılmış su təchizatı sistemləri istismara verilib. Bu münasibətlə təşkil olunan tədbirin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Salyan şəhərində ucaldılmış abidəsini ziyarət edib.

Babazanlı yaşayış massivində keçirilən açılış mərasimində Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov son illər regionlarda həyata keçirilən kommunal infrastruktur layihələrinin əhəmiyyətindən danışıb. Bildirib ki, Aran bölgəsində yerləşən Salyan rayonunda içməli su təchizatı həmişə aktual olub. Salyan şəhərində yeni mənbədən suyun verilməsinə başlandıqdan sonra şəhərdə su və kanalizasiya şəbəkələrinin yenilənməsi işləri davam etdirilir.

“Azərsu” ASC-nin sədr müavini Seymur Seyidov bildirib ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Salyan şəhərində içməli su və kanalizasiya şəbəkələrinin yenidən qurulması işləri davam etdirilir. Bu layihə çərçivəsində şəhərin uzun illərdir içməli sudan əziyyət çəkən Babazanlı yaşayış massivində də içməli su layihəsiicra olunub.

Babazanlı yaşayış massivi Salyan şəhərinin böyük bir hissəsini əhatə edir. Burada mərkəzləşdirilmiş su təchizatı sustemi mövcud olmayıb. Sakinlər uzun illər fərdi qaydada quraşdırılmış nasoslar vasitəsilə Kür çayından götürülmüş sudan istifadə edib.

2016-cı ildə Prezident İlham Əliyevin iştirakı ilə Şirvan-Muğan qrup su kəmərindən Salyan şəhərinə içməli su verilib. Bundan sonra mərhələlərlə şəhərdaxili şəbəkənin yenidən qurulmasına başlanılıb. Layihəyə əsasən, Babazanlı yaşayış massivinə içməli su Şirvan-Muğan qrup su kəmərindən Salyan şəhərinə çəkilmiş magistral xətdən verilir. Babazanlı qəsəbəsində 16 km uzunluğunda paylayıcı su şəbəkəsi yaradılıb. 700-dək ev yeni yaradılmış şəbəkəyə qoşulub və abonentlər sayğacla təmin olunub. Bununla da Babazanlı yaşayış massivinin 3 minədək sakini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunub.

Açılış mərasimindən sonra Rayon İcra Hakimiyyətində 5 iyun – “Su təsərrüfatı və meliorasiya işçiləri günü”peşə bayramı münasibətilə tədbir keçirilib. Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov əhalinin içməli su və kanalizasiya xidmətləri ilə təmin olunmasında su təsərrüfatı işçilərinin böyük xidmətləri olduğunu xatırladıb. Tədbirdə əmək fəaliyyətindən fərqlənən su təsərrüfatı işçiləri təltif olunub.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

                                     

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !